Partiya  Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır-

Asim Mollazadə: Dövlətimizin şəffaflığın təminatı, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində atdığı addımlar davamlılığı ilə diqqət çəkir

 

Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən islahatlar kursu ölkənin sosial, iqtisadi, siyasi, ictimai, mədəni həyatını əhatə edir. Bununla yanaşı, şəffaf və ədalətli idarəçilik sisteminin daha da gücləndirilməsini, vətəndaş məmnunluğunun təmin edilməsini başlıca vəzifələrdən biri kimi qarşıya qoyur.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət idarəçiliyində həyata keçirdiyi genişmiqyaslı islahatla­ra, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında aparılan dəyişikliklərə uyğun olaraq, 2020-ci ildə Korrupsiya­ya qarşı mübarizə üzrə Komissiyanın tərkibi yenilənib.

Bununla yanaşı, sentyabrın 15-də Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibdə ilk iclası videoformatda keçirilib. İclasda Azərbaycan Res­publikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Komissiyanın sədri seçilib. Komissiyanın sədri Samir Nuriyev çıxışı zamanı qeyd edib ki, Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistem­li, hərtərəfli və innovativ xarakter daşıyır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın inkişaf strategiyasının mühüm tərkib hissəsini korrupsiyaya qarşı qətiyyətli mübarizə təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib, korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib, uğurlu iqtisadi, hüquqi və sosial siyasət nəticəsində Azərbaycanda şəffaf ictimai münasibətlər sistemi formalaşıb.

İclasda korrupsiyaya qarşı mübarizə sahəsində bu günədək görülən işlər nəzərdən keçirilib və növbəti illərdə bu sahədə reallaşdırılması zəruri olan tədbirlərin vahid strateji çərçivəsini müəyyənləşdirmək, prioritetləri önə çəkmək və bu tədbirlərin ölkədə gerçəkləşdirilən islahatlar kursuna cavab verməsini təmin etmək məqsədilə yeni Milli Fəaliyyət Planının əsas istiqamətləri müzakirə olu­nub. İclasda yerli icra hakimiyyəti orqanlarında korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərlə bağlı aparılan ibtidai istintaq və əməliyyat-axtarış tədbirləri barədə məruzələr dinlənilib, bu sahədə şəffaflığın artırılması və korrup­siyaya şərait yaradan halların aradan qaldırılması üçün verilən təkliflər bəhs olunub. Bundan əlavə, iclasda Komissiyanın fəaliyyətinin təşkili ilə bağlı bir sıra məsələlər həll edilib, yeni katib təyin olunub, Komissiya yanında 3 işçi qrupun (Qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı İşçi Qrup, Təhsil və maarifləndirmə ilə bağlı İşçi Qrup, Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı İşçi Qrup) formalaşdırılması qərara alınıb.

“Koronavirus pandemiyasinın gətirdiyi təhlükələrə qarşı sistemli mübarizə təşkil edən ölkəmizin rəhbərliyi Azərbaycanın bu qlobal təhlükədən az itkilərlə çıxması üçün ardıcıl olaraq mümkün olan bütün tədbirləri həyata keçirir. Prezident İlham Əliyevin bu istiqamətdə göstərdiyi yorulmaz fəaliyyətin sayəsində ölkəmizdə əldə olunan müsbət nəticələr göz önündədir. Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslərin qanun qarşısında cavab vermələri davam edir. Dövlətçiliyə, xalqa və hakimiyyətə xəyanət edən məmur qandallanaraq qanun qarşısına çıxarıldı. Bu həbslər aydın şəkildə göstərir ki, Prezident İlham Əliyevin ölkədə korrupsiyaya və rüşvətə qarşı savaşı qətidir və dönməzdir”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının yeni Baş Prokurorunu təyin etmişdir. Bu posta Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin namizədliyinin verilməsi Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür.Bu yüksək vəzifəyə uzun illər Azərbaycan Respublikasınin Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi olan Kamran Əliyevin təyin edilməsini də mən bu baxımdan çox müsbət addım kimi qiymətləndirirəm. Fikrimcə, Prezident İlham Əliyev bu təyinatla korrupsiyaya qarşı mübarizənin ölkədə aparılan hərtərəfli islahatların əsas prioritetlərindən biri olduğunu bir daha göstərdi. Milli Məclisin iclasında yeni Baş prokuror Kamran Əliyev ilk çıxışında Azərbaycanda qanunçuluğun daha da möhkəmləndirilməsinın, qanunların aliliyinin, insan hüquq və azadlıqlarının qorunmasının təmin edilməsinin Prezidentimizin siyasi kursunun əsas istiqamətlərindən olduğunu və bütün bunların prokurorluq orqanlarının yeni mərhələdə fəaliyyətinin təməl prinsiplərini təşkil etdiyini ictimaiyyətə bir daha çatdırdı.

Həmsöhbətimiz əlavə etdi ki, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib.   Dövlətimizin şəffaflığın təminatı, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində atdığı addımlar davamlılığı ilə diqqət çəkir.   Bu fikir xüsusi qeyd olunur ki, “ASAN xidmət” korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə bir dönüş yaratdı. Süründürməçilik hallarına son qoyuldu, şəffaflıq yüksək səviyyədə təmin edilir, vətəndaş məmnunluğu artır. Azərbaycanda korrupsiya, rüşvətxorluq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ halların aradan qaldırılması əsas hədəflərdən biridir. Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır. Korrupsiya ilə mübarizə sahəsində müvafiq proqramların, qanunvericilik aktlarının qəbul edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilir, ictimai şuraların fəaliyyətinin səmərəliliyinin təmin olunması istiqamətində tədbirlər görülür. Ciddi qanun pozuntularına yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması, ictimai nəzarət mexanizmlərinin formalaşdırılması və bu sahədə vətəndaş cəmiyyəti institutlarının fəallığının təşviq edilməsi istiqamətində müvafiq addımlar atılır.

Yaqut Ağaşahqızı“İki sahil”

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə