Partiya  Demokratik İslahatlar Partiyası cəbhə bölgəsindəki hərbi əməliyyatlarla bağlı bəyanat verib-

Demokratik İslahatlar Partiyası cəbhə bölgəsində başlayan hərbi əməliyyatlarla bağlı bəyanat verib. Bəyanatda deyilir:

“Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutub. Nəticədə mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananların olduğu, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydiyi dəqiqləşdirilir. Eyni zamanda Silahlı Qüvvələrimizin uğurlu əks-hücumu nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış mənqəsi düşməndən azad edilib.
Cənab Ali Baş Komandan xalqa müraciət edərək uğurlu əks-hücum əməliyyatımız nəticəsində 30 ilə yaxındır davam edən işğala son qoyulacağına, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından didərgin salınmış soydaşlarımızın öz doğma ocaqlarına qayıdacaqlarına əminliyini ifadə edib.
Demokratik İslahatlar Partiyası xalqımızı Ali Baş Komandanın sözlərinə etimad etməyə, onun və Milli Ordumuzun ətrafında sıx birləşməyə, qələbəmiz naminə bizdən tələb olunan vətəndaşlıq mövqeyi göstərməyə, hərbi səfərbərlik dövrünün qayda və qanunlarına ciddi əməl etməyə çağırır.

Ümid edirik ki, Azərbaycan əraziləri tezliklə işğaldan azad ediləcək, məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdacaq, ölkəmiz şanlı qələbəni qeyd edəcək! 

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə