Partiya  Asim Mollazadə: Tikinti şirkətləri öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirlər-


"Tikinti ilə bağlı Bakı şəhərində müəyyən problemlər var. Bir neçə yerdə vətəndaşların köçürülməsi ilə bağlı problemlər yaranıb".

Bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik layihəsi müzakirə edilərkən deyib.

O bildirib ki, tikinti şirkətləri bir neçə halda öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirlər: "Məsələn, bir layihə razılaşdırılır, sonradan isə layihə dəyişdirilir. Bizim rayonda 3 ildən artıqdır ki, tikinti dayanıb. İnşa ərazilərində kimlərisə köçürdə bilmirlər. Məhkəmə prosesləri illərlə uzanır. Bu, vətəndaşların çox ciddi narazılığına səbəb olur. Bununla bağlı bir neçə dəfə Bakı şəhər rəhbərliyinə, rayon rəhbərliyinə müraciət etmişəm".

Deputat bildirib ki, bu məsələ ilə bağlı qanunvericilikdə dəyişiklik olmalıdır: "Qanunvericliyə dəyişiklik edilərək həm vətəndaşların mülkiyyət hüquqları müdafiə edilməli, həm də dövlətin həyata keçirdiyi layihələrin qarşısı alınmamalıdır".

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə