Partiya  Deputat: “Avropa Parlamentində lobbiçilik korrupsiyaya çevrilib” - Ədalətsiz mövqe tutur !-
Millət vəkili Asim Mollazadə “Sherg.az”a açıqlamasında bildirib ki, bir sıra demokratik ölkələrdə lobbiçilik artıq korrupsiyaya çevrilib.
Parlament üzvü vurğulayıb ki, ABŞ  Konqresində lobbiçilik rəsmidir. Lakin Avropa Parlamentində bu, qeyri-rəsmi həyata keçirilir:

“Zəngin erməni diasporu siyasi korrupsiyadan istifadə edərək, bir sıra Avropa nümayəndələrini siyasi cinayətlərə vadar edir. Çox maraqlıdır ki, Avropa Parlamentində bəzi siyasətçilərin çıxışı Suriyanın cinayətkar başçısı Bəşər Əsədlə eyni fikirləri ifadə edir. Bu, böyük şübhələr doğurur”.

A.Mollazadə söyləyib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri Minsk Qrupunun funksiyalarını həyata keçirir:

“Azərbaycan Silahlı Qüvvələri sülhməramlı missiyanı həyata keçirir. Çox istərdim ki, Avropa və digər ölkələrdəki siyasətçilər bu məsələyə diqqət yetirsinlər. Minsk Qrupu iflasa uğradığına görə, bu gün Azərbaycan Silahlı Qüvvələri bütün funksiyaları öz üzərinə götürüb və sülhü bərqərar etməyə çalışır. Azərbaycan Silahlı Qüvvələri həmçinin BMT-nin Təhlükəsizlik Şurası və Avropa Parlamentinin qəbul etdiyi qətnamələrin icrası ilə məşğuldur”.
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə