Partiya  “Xalqda 1988-1989-cu illərdə olduğu kimi birlik görürəm”-

Azərbaycanda görünməmiş birlik formalaşıb. Bu, əlbəttə ki, Qarabağla bağlıdır. Sentyabrın 27-dən etibarən Ermənistanın cəbhədə törətdiyi təxribatlardan sonra bütün xalq yumruq kimi birləşib.

Müşahidə olunan tendensiya ötən əsrin 80-cı illərinin sonlarından başlayaraq, ölkəmizdə cərəyan edən prosesləri bir daha gündəmə gətirib.

Əslində 1988-ci ildə də belə idi. Ölkəmizdəki bu günkü birliyə bənzər həmrəylik formalaşmışdı – Qarabağ və müstəqillik uğrunda!

Bu gün də bütün xalq, iqtidarlı, müxalifətli siyasi qüvvələr Qarabağ ideyası ətrafında birləşiblər, siyasi ambisiyaları bir kənara atıblar.

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə bildirir ki, bu birlik bizi böyük qələbəyə çatdıracaq: “Əslində hər bir qələbə birlik tələb edir. Bununla yanaşı düşünürəm ki, hər bir azərbaycanlı üçün ən önəmli məsələ onun müstəqil dövlətinin mövcudluğu, ərazi bütövlüyünün bərpasıdır. Bu məsələdə ayrı bir fikir Azərbaycançılığa, azərbaycanlı olmağa ziddir. Hər bir xalqın inkişafı, mövcudluğu onun müstəqil dövləti ilə bağlıdır. Bu gün baş verən hadisələrin, Silahlı Qüvvələrimizin həyata keçirdikləri əməliyyatların bir məqsədi var, Azərbaycan dövlətinin müstəqilliyini qorumaq, ərazi bütövlüyümüzü bərpa etməkdir. Əsas məsələ budur. Ötən əsrin sonlarında xalqımız Azərbaycan dövlətini qurmaq üçün müstəqillik mübarizəsi aparırdı. Çox keşməkeşli bir dövr idi. Bu gün Azərbaycanın müstəqil dövləti, müasir Silahlı Qüvvələri var. Bu ordu öz dövlətinin, xalqının müdafiəsinə hazırdır. Azərbaycan dövlətinə və onun Silahlı Qüvvələrinə inanıram. Əminəm ki, ərazi bütövlüyümüzü tam bərpa edəcəyik. İnsanlar fərqlidir, müxtəlif fikirlərə, fərqli istəklərə sahib ola bilərlər. Hamını birləşdirən dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz və xalqımızın gələcəyidir. Bu dəyərlərdir və bunların ətrafında hər bir azərbaycanlı birləşməlidir. Hətta yaşadığı ölkədən asılı olmayaraq”....

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə