|
Düşmənin təxribatları səbəbindən Azərbaycan-Ermənistan arasında Qarabağ cəbhəsində başlayan müharibədə humanitar atəşkəs əldə olunub. Bu razılaşma Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmasa da, əksəriyyət bunu birinci mərhələ hesab edir, dövlətimizin işğal altındakı ərazilərini azad etmək qətiyyətindən bir addım da geri çəkilmədiyinə inanır. Hərbi əsirlərin, eləcə də, cəsədlərin dəyişdirilməsi üçün bu cür razılaşmaların müharibələrə xas xüsusiyyət olduğu vurğulanır.....
....Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də bu razılaşmanı normal sayır: “Humanitar məsələlərə görə, Ermənistana döyüş bölgəsindən öz itkilərini təmizləmək üçün zaman verilib. Qısa müddətdə düşmən ölkə BMT-nin qətnamələrini icra etməsə, yenə də bu funksiya Azərbaycan Silahlı Qüvvələrinin üzərinə düşəcək. Ermənistan köhnə oyunlarını oynamamalıdır. Ordumuz sülhməramlı missiyasını, BMT qətnamələrinin icrasını və Minsk qrupunun üzərinə düşən işləri həyata keçirməlidir. Ya Ermənistan qısa müddətdə ordusunu işğal edilmiş ərazilərdən çıxaracaq, ya da hərbiçilərimiz yollarına davam edəcəklər. Humanitar məsələlərə görə qısa müddətdə atəşkəs əldə olunub. Ondan sonra Ermənistan dərhal silahlı qüvvələrini işğal edilmiş ərazilərdən çıxarmalıdır. Azərbaycanın mövqeyi belə olmalıdır. Ermənistan anlamalıdır ki, bizim “Minsk qrupumuz” onların vaxt udmasına imkan verməyəcək. Artıq Azərbaycanın öz “Minsk qrupu” var. Bunu son döyüşlərdə gördük”.
Cavanşir ABBASLI Musavat.com
|