Partiya  Düşmən humanitar atəşkəsə əməl etmir: hansı addımlar atılmalıdır?-

Düşmən humanitar atəşkəsə belə əməl etmirsə, onun uzunmüddətli atəşkəsə riayət edəcəyini indidən gözləmək olmaz.


Ermənistan silahlı qüvvələri Moskva görüşündə əldə edilən razılaşmanın qüvvəyə mindiyi saatdan etibarən bir dəqiqə sakit dayanmayıblar.


İşğalçı güclər nəinki atəşkəsi pozur, hətta mülki vətəndaşlarımızı, yaşayış məntəqələrini vurmaqda davam edirlər.


Xüsusən də humanitar atəşkəs razılaşmasının ertəsi Gəncənin raketlə vurulması antihumanist cinayət və terror idi. Bu, necə bir humanitar atəşkəsdir?!


Oktyabrın 12-də də düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər, Ağdam və Goranboy  rayonu müxtəlif istiqamətlərdən intensiv raket və  ağır artilleriyadan atəşə tutulub.


Tərtər rayon Kəngərli kəndində top mərmilərinin partlaması nəticəsində 1970-ci il təvəllüdlü Bəylərov Firudin Kamal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.


Bu, humanitar atəşkəsin hansı tərəfdən pozulduğuna növbəti sübut deyilmi? Deməli, Ordumuz tərəfindən darmadağın edildiyini görən Qarabağdakı separatçı rejimin silahlıları və Ermənistan tərəfi atəşkəs üçün Moskvanın ayaqlarına yıxılmışdı, yalvarıb-yaxarırdı.


İndi isə qudurğanlığın həddinə bax, həm Rusiyadan atəşkəs üçün kömək istə, həm də razılaşmaya əməl etmə, dinc sakinlərimizi hədəfə al.


Ona görə də cəbhənin Füzuli istiqamətində döyüşlər davam edir. Düşmən Horadiz şəhərini, Şükürbəyli, Alıxanlı kəndlərini artilleriyadan atəşə tutmaqda davam edib.


Azərbaycan Ordusu düşmən mövqelərini ağır artileriyadan hədəfə alıb. Beləliklə, humanitar atəşkəsin üç günü geridə qalıb və düşmən təxribatı davam etməkdədir. Ozan Arifin söylədiyi kimi;


Danış, dünya, de! Duyulsun səsin.


Bir atəşkəs çıxar, haradadır atəşkəsin?!


Bundan sonra o atəş istəyir kəsilməsin,


Atəşkəsi münasib bir yerinə sox artıq.


Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq, yolu yox artıq!


...Yəni oktyabrın 10-dan bəri düşmən atəşkəsə əməl etmirsə, Azərbaycan üçün başqa seçim buraxmır, düşmən ona verilən son şansdan da yararlana bilmir.


Oktyabrın 12-də Müdafiə Nazirliyi (MN) də məlumat yaydı ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir.


Bildirilib ki, Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun Hadruta daxil olmaq məqsədilə bu istiqamətdə xeyli sayda qüvvə cəmləşdirməsi və gərgin döyüşlərin getməsi barədə yaydığı məlumat açıq-aydın dezinformasiyadır.


“Bildiririk ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir və heç bir aktiv döyüş fəaliyyəti həyata keçirmir”, - deyə məlumatda qeyd olunub.


Müdafiə Nazirliyi bir daha qeyd edib ki, Hadrut artıq bir neçə gün bundan əvvəl Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.


Yeri gəlmişkən, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 41 mülki şəxs həlak olub, 207 nəfər yaralanıb.


Bundan başqa, 148 mülki obyekt və 1185 yaşayış evi, 57 çoxmərtəbili yaşayış binası yarasız hala düşüb. Bütün bu gedişat göstərir ki, savaş çətin dayansın.


Asim Mollazadə: “Ermənistanın Moskvadakı sazişə də hörmətsiz yanaşması Rusiya rəhbərliyinə mesajdır ki, sizi də saymıram”


Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistan bu günə kimi heç bir beynəlxalq hüquq normalarına əməl etməyib.


Deputatın fikrincə, düşmən ölkə heç bir beynəlxalq təşkilatların qərarlarını da icra etməyib:


“Ermənistanın Moskvadakı sazişə  hörmətsiz yanaşması Rusiya rəhbərliyinə bir mesajdır ki, sizi də saymıram.


Azərbaycan Silahlı Qüvvələri beynəlxalq təşkilatların qətnamələrini icra edir, Minsk Qrupu danışıqlar prosesini öhdəsinə götürüb.


Ermənilərin isə dinc insanlarımızı, körpələrimizi hədəfə alması ilk dəfə deyil. Bu, Paşinyanın babasının ideologiyasıdır. Hesab edirəm ki, Azərbaycan Ermənistanı sülhə məcbur etməlidir".....


Emil SALAMOĞLU,

“Yeni Müsavat”

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə