Partiya  Paşinyan Trampın atəşkəsini də pozdu: düşməni nə gözləyir - rəylər-

Ermənistan ABŞ-da razılaşdırılan humanitar atəşkəsə də riayət etmədi. Oktyabrın 26-sı səhər saatlarından başlayaraq düşmən nəinki Qarabağı, Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının ərazilərini belə atəşə tutub.

“Yeni Müsavat” xəbər verir ki, ATƏT-in Minsk Qrupunun üçüncü həmsədr ölkəsinin humanitar atəşkəs cəhdi də baş tutmadı.

Baxmayaraq ki, Ağ Evin milli təhlükəsizlik müşaviri Robert O’Brayen Azərbaycanı günahlandırırdı. Onun sözlərinə görə, Ermənistan atəşkəsə razılaşdı, Azərbaycan hələ yox...

Reallıq isə göz qabağındadır, erməni tərəfi humanitar atəşkəsə bir saat əməl etmir. Nə Moskva razılaşmasına, nə Fransa prezidenti Makronun təşəbbüsü ilə olan anlaşmaları yerinə yetirən işğalçı qüvvələr, Vaşinqton sazişini də saymadı.

Humanitar atəşkəs dövründə Gəncənin iki dəfə raketlə vurulması, dinc sakinlərin terror olunması, həmçinin Tərtər, Bərdə, Goranboy, Ağdam, Ağcabədi və digər istiqamətlərdə yaşayış məntəqələrinin atəşə tutulması hansı tərəfin atəşkəsə razılaşmadığını əks etdirir.

Azərbaycan Xarici İşlər Nazirliyinin son açıqlamasında da deyilirdi ki, 10 oktyabr Moskva birgə bəyanatı, 18 oktyabr Parisin vasitəçilik səyləri ilə öhdəliyin yenidən elan edilməsi və 24 oktyabr tarixində Vaşınqtonda təcili humanitar atəşkəsin həyata keçirilməsi razılığı Ermənistan tərəfindən pozulur.

Bu, növbəti dəfə Ermənistan tərəfindən məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoyulmamasının və beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizliyin göstəricisidir.

Əslində Ermənistanın humanitar atəşkəsi vecinə almaması baş nazir Nikol Paşinyanın sərgilədiyi mövqedən irəli gəlir.

Paşinyan açıq şəkildə söyləyib ki, münaqişənin diplomatik həlli yoxdur. Deməli, üç həmsədr ölkənin humanitar atəşkəsə nail olmaq səyləri də düşmənin pozuculuğu nəticəsində puça çıxıb.

Ermənilərin Vaşinqton razılaşmasına əməl etməyəcəyi qabaqdan bəlliydi. Bu da hərbi üstünlük əldə etmiş Azərbaycan Ordusunun işğalda qalan digər ərazilərini də azad etmək imkanlarını genişləndirir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistan tərəfindən heç vaxt beynəlxalq hüquq normalarına, sazişlərə riayət olunmayıb.

Deputatın sözlərinə görə, Ermənistan dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarınn qətnamələrini rədd edirsə, deməli, bu ölkə üçün beynəlxalq hüquq normaları heç nədir.

Asim Mollazadə: “Ermənistanda münaqişənin davamında maraqlı olan qüvvələr var”

A.Mollazadə hesab edir ki, sadəcə, korrupsiyaya qurşanmış bəzi siyasətçilər var, onlar Ermənistanın hərəkətlərinə göz yumurlar:

“Dünyada artıq hüququn aliliyi deyil, gücün aliliyi hər şeyi həll edir. Ermənistan bu əməllərinə görə də cavab alacaq.

Azərbaycanın Silahlı Qüvvələri BMT-nin bir neçə qətnamələrini artıq icra edib, digərlərini də icra etməlidir.

Vəziyyət ona gətirib ki, beynəlxalq təşkilatların qətnamələrini Silahlı Qüvvələrimiz icra edir.

Bununla belə, danışıqlar davamlı olmalıdır. Azərbaycan tərəfi maraqlıdır ki, tezliklə sülh əldə edilsin, münaqişə həll olunsun. Yəni sülhü biz tələb edirik".

Deputatın fikrincə, dünyaya ermənilərin atəşkəsi necə pozduqlarını sübut etməliyik: “İşğalçı qüvvələr münaqişədən uzaq olan bölgələrimizə, cəbhədən xeyli aralıda olan yerlərə atəş açırlar.

Çünki Ermənistan mülki əhali ilə mübarizə aparır. Onlar uşaqları, qadınları, dinc insanları öldürmək istəyirlər. Bu da təsadüfi deyil.

Çünki Hitlerin mühafizəsini təşkil etmiş “SS” təşkilatının nümayəndəsinin heykəli İrəvanın mərkəzinə ucaldılıb, bir neçə beynəlxalq terrorçular da orada cəmləşiblər. Bütün bunlar dünya ictimaiyyətinin diqqətini cəlb etməlidir".

A.Mollazadə ermənilərin döyüşlərdə itirə-itirə, işğal etdikləri ərazilərimizi tərk etdikləri halda müharibəni niyə davam etdirməsinə, atəşkəsə əməl etməməsinə belə şərh verdi:

“Ermənistandakı idarəçilikdə hərc-mərclik hökm sürür. Orada münaqişənin davamında maraqlı olan qüvvələr var. Ermənisan dövləti öz millətinin məhvi ilə məşğuldur. Onlar döyüş təcrübəsi olmayan uşaqları belə müharibəyə cəlb edirlər. Bununla beynəlxalq hüquq normalarını pozurlar. Ermənilər bağçalarda, məktəblərdə gizlənirlər. Bu, terrorçuların mahiyyətidir. Onlar insanlardan qalxan düzəldirlər.

Orta Şərqdə terrorçulara xas üsullardan istifadə etdiyi üsuldur. Ermənistana sülh yox, müharibənin davamı lazımdır. Bu, millətin faciəsinin göstəricisidir".....


Emil SALAMOĞLU,
“Yeni Müsavat”

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə