Partiya  Asim Mollazadə seçicilərlə onlayn görüşdə hərbi əməliyyatların getdiyi dövrdə onların qarşılaşdıqları problemlərlə maraqlanıb-

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə bu gün Nəsimi rayonunun seçiciləri ilə növbəti onlayn görüşünü keçirib. Görüşdə Asim Mollazadə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatların getdiyi bu müddət ərzində seçiciləri narahat edən problemlərlə maraqlanıb. 

Seçicilər millət vəkilinə əsasən tikinti şirkətlərinin fəaliyyətləri ilə bağlı şikayət ediblər. Bildiriblər ki, bəzi tikinti şirkətləri ölkənin müharibə şəraitində olmasından sui-istifadə edərək, söküntü işləri zamanı sakinləri incidir, onların mülkiyyət hüquqlarını pozurlar. Hüquqları pozulanlar arasında hətta şəhid ailəsi də var.

Asim Mollazadə seçicilərə bu yaxınlarda tikinti şirkətlərinin qanunsuz əməlləri, mülkiyyət hüquqlarını kobud şəkildə pozması, vətəndaşları narazı salması barədə Milli Məclisdə məsələ qaldırdığını xatırladıb. Qeyd edib ki, bundan sonra da seçiciləri narahat edən problemlərlə bağlı müvafiq instansiyalara intensiv müraciət edəcək və sözügedən problemin həllində onlara yardımçı olmağa çalışacaq.

 

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə