Partiya  Bizi dirçəldən, düşmənin isə belini qıran möhtəşəm 40 gün-

Qarabağda gedən Vətən müharibəsinin möhtəşəm 40 gününü geridə qoyduq. Hər anı, hər saniyəsi bir tarix, bir dastan, hər günü bir başqa həyəcan olan bu savaşın yaşatdığı qələbələr, sevinc göz yaşları bəzən bir yuxu kimi gəlir. Lakin 27 illik işğala son qoymaqda olan bu 40 günü bizə yaşadan Azərbaycanın cəsarətli oğullarının döyüş meydanındakı qəhrəmanlığı, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və peşəkar, yorulmaz, mobil komandasının diplomatik siyasətidir. O nöqteyi-nəzərdən bu möhtəşəm 40 günün memarlarının həyata keçirdiyi şərəfli mübarizə müasir dünya tarixinə yazılmaqdadır.

Ordumuzun hər gün daha da irəliləməsi, düşmənin 40 gün ərzində aldığı sarsıdıcı zərbələrdən taqətini tamamilə itirməsi, Ermənistanın rəhbərliyinin istər hüquqi, istərsə siyasi baxımdan məğlub vəziyyətə düşməsi bizi böyük qələbəyə yaxınlaşdırır. Geridə qalan bir ay 10 günə nəzər salanda da aydın şəkildə görmək olur ki, Azərbaycan Qarabağın işğaldan azad edilməsi istiqamətində möcüzəvi nəticələr əldə edib.

Düşmənin 1992-1993-cü illərdə, yəni iki ildən çox müddətdə, hələ kənar qüvvələrin dəstəyi sayəsində çox çətinliklə işğal etdiyi torpaqlarımızın bir qismini indi cəmi ay yarıma azad etməyə müvəffəq olmuşuq. Bu, Ordumuzun gücündən, qüdrətindən, tərəflərin hansının haqlı və əzmkar, istəkli olmasından irəli gəlir. Odur ki, sentyabrın 27-dən bu yana artıq 4 rayon - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, 200-dək  kəndimiz düşmən tapdağından azad olunub, ermənilərin hərbi texnikası əsasən məhv edilib, bir hissəsi qənimət götürülüb.

Paralel olaraq siyasət meydanında Azərbaycan tərəfi Ermənistanın belini qırıb. Təbii ki, burada Prezident İlham Əliyevin apardığı xarici siyasətin əhəmiyyətli təsirlərini vurğulamaq lazımdır. Dünyanın əksər ölkələri, həmçinin qonşu dövlətlər Azərbaycanın haqlı və beynəlxalq konvensiyalara uyğun apardığı müharibəni dəstəkləyir, heç bir bəhanə tapa bilmirlər. Prezident İlham Əliyevin də dediyi kimi, Ordumuz BMT-nin həyata keçirməli olduğu qətnamələri icra edir və artıq 2 qətnamə reallaşıb. Baxmayaraq ki, oktyabrın 10-da, sonra 18-də və 23-də humanitar atəşkəsə riayət edilməsi barədə razılıq əldə olunub. Lakin düşmən anlaşmaya bir saat belə əməl etməyib. Ermənilər nəinki atəşkəsi pozublar, hətta cəbhədən uzaq olan Gəncə və Bərdəni raketlə vuraraq dinc insanları, uşaqları öldürüblər. Biz isə işğalçı güclərə döyüş poliqonunda cavab veririk, xain terrorun qisasını alırıq, separatçı rejimin bütün qaniçən generallarını məhv etməklə gücümüzü nümayiş etdiririk. Təsadüfi deyil ki, Vətən müharibəsinin 40 gününün tamamında qondarma respublikanın “hökuməti” İrəvana köçməli olub, Laçın yolunu bağlamağa məcbur qalıblar.

Ali Baş Komandan isə 27 sentyabrdan verdiyi bəyanatın arxasında dayanmaqdadır - Ermənistan rəhbərliyi torpaqların boşaldılması barədə cədvəli təqdim etsin, günü bu gün hərbi əməliyyatları dayandırmağa hazırıq.....

.....Asim Mollazadə: “Ordumuz beynəlxalq təşkilatların funksiyalarını öz üzərinə götürüb”

Deputat Asim Mollazadə də qeyd etdi ki, Azərbaycan Silahlı Qüvvələri cəsarətli hərbçilərimiz və müasir hərbi texnologiyalarla öz torpaqlarını azad etməkdədir: “Bu gün Ordumuz beynəlxalq təşkilatların funksiyalarını öz üzərinə götürüb, BMT qətnamələrinin bir neçəsi icra olunub. Həmçinin Minsk Qrupunun Ermənistanı sülhə məcbur etməsi üçün böyük uğurlar qazanılıb”.

A.Mollazadə hesab edir ki, Ali Baş Komandanın Ordunun idarə olunmasında, xarici siyasətdə, dünyaya həqiqətləri çatdırmaqda göstərdiyi fəaliyyət xüsusi qeyd olunmalıdır. Deputat inanır ki, hərbi əməliyyatlar tezliklə Azərbaycanın qələbəsi ilə yekunlaşacaq və işğal edilmiş bütün ərazilərimiz azad olunacaq.....

Emil SALAMOĞLU
“Yeni Müsavat”

  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə