Partiya  Demokratik İslahatlar Partiyası referendumla bağlı mövqeyini açıqlayıb-

Demokratik İslahatlar Partiyası 26 sentyabr 2016-cı il tarixində keçirilmiş Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumun nəticələrini müzakirə edib.

 

DİP ümumilikdə seçki prosesini müşahidə edib. Partiyanın müşahidəçiləri ölkə üzrə əksər DSK-larda və MnSK-larda səsvermə prosesini izləyiblər. Eyni zamanda partiya nümayəndələri referendumu müşahidə edən beynəlxalq missiyaların nümayəndələrinin də rəyləri ilə yaxından tanış olublar. 

 

Partiya Siyasi Şurası bu müşahidələrin nəticələrinə əsasən bəyan edir ki, referendum günü ölkə üzrə seçici fəallığı hiss olunub. Bir sıra məntəqələrdə bəzi texniki çatışmazlıqlar, xırda qanunsuzluqlar istisna olmaqla, partiya tərəfindən ciddi qanun pozuntuları qeydə alınmayıb. Qeydə alınan çatışmazlıqlar çox az sayda məntəqəni əhatə etdiyindən, referendumun nəticələrinə təsir etmək gücündə olmayıb. 

Referendumun qanunvericiliyə uyğun, şəffaf şəraitdə keçdiyini, bütün ictimai və siyasi qurumların nümayəndələrinə onu sərbəst şəkildə müşahidə etmək imkanlarının yaradıldığını, ümumilikdə referendumun nəticələrinin xalqın iradəsini ifadə etdiyini bəyan edirik./

 

Ümid edirik ki, referendumun nəticələri Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, ölkədə geniş və hərtərəfli demokratik islahatların aparılmasına, insan hüquqlarının etibarlı şəkildə qorunmasına, ümumilikdə hüquqi dövlətçiliyin möhkəmlənməsinə və vətəndaş cəmiyyətinin inkişafına öz töhfələrini verəcəkdir.

 

 

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə