Partiya  Qalib Azərbaycana dünya necə yanaşacaq - siyasilərin proqnozu-
Azərbaycanın 44 günlük Vətən müharibəsində döyüş meydanında qazandığı qələbə siyasi-diplomatik müstəvilərdə möhkəmlənir və davam edir. Maraqlıdır, bundan sonra qalib Azərbaycanın beynəlxalq nüfuzu necə olacaq?
Sentyabrın 27-nə qədər bir sıra ölkələr var idi ki, rəsmi Bakı ilə yaxın münasibətlər qurmağa tərəddüdlə yanaşırdılar, ermənipərəst mövqedən çıxış edirdilər.
Eyni sözləri bəzi beynəlxalq qurumlara da şamil etmək olar.
Bəzən Azərbaycana məğlub ölkə kimi yanaşılmasının da şahidi olurduq...
Bəs bundan sonra nə gözlənilir?....
.....Asim Mollazadə: “Ənənəvi olaraq qaliblərə münasibət fərqlidir”
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə qaliblərə münasibətin hər zaman fərqli olduğunu söylədi: “Azərbaycan öz üzərinə düşən işləri görüb. Söhbət ilk növbədə Silahlı Qüvvələrimizin qələbəsindən gedir. Müzəffər ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra edib, Minsk Qrupunun Ermənistanı sülhə məcburetmə əməliyyatını həyata keçirib. Baxmayaraq, səlib yürüşü təfəkkürü ilə yaşayan ölkələr və siyasi rəhbərlər var. Lakin ənənəvi olaraq qaliblərə münasibət fərqlidir. Biz qalib gəldik. Dünyaya isbat etdik ki, Azərbaycan güclü dövlətdir və xalqımızın iradəsi çox güclüdür. Vətən torpaqlarımızı qorumağa qadir olduğumuzu bütün dünya gördü. Mənə elə gəlir ki, münasibət də bu istiqamətdə fərqli olmalıdır. Çünki biz hansısa bir aciz və məğlub xalq deyilik, qalib xalqıq. Azərbaycan dövləti daha da güclənib, regionun əsas güc sahibi missiyasını əzmlə yerinə yetirməkdə davam edəcək. Bununla yanaşı, dünya bilməlidir ki, Azərbaycanın siyasəti məhz əməkdaşlıq, tərəfdaşlıq üzərində formalaşır. Bizim strateji layihələrimiz dünyada əslində çox ciddi sistemin formalaşmasına xidmət edir, strateji tərəfdaşlıq və əməkdaşlıq imkanları yaradır. Azərbaycan çox böyük tarixi sivilizasiyaların, fərqli etnik qrupların əməkdaşlıq sisteminin formalaşması ənənələrinə malikdir. Bu ənənələrə dünyada bu gün çox böyük ehtiyac var. Mənə gəlir ki, Azərbaycanın bu təcrübəsindən keşməkeşli həyat yaşayan bəzi bölgələr istifadə etməlidir. Ölkəmiz ona qarşı ərazi iddiaları olan, bütün dünyaya öz vandalizmini göstərən bir qüvvəyə qalib gəldi. Eyni zamanda bütün bunlarla yanaşı Azərbaycan öz humanist dəyərlərini bir daha nümayiş etdirməkdədir. Biz çalışmalıyıq ki, öz dəyərlərimizi dünyaya daha sürətlə çatdıraq. Öz mədəniyyətimizi dünyaya daha geniş şəkildə çatdırmaq üzərində də hər an çalışmalıyıq. Onlar anlasınlar ki, Azərbaycan xalqının istəkləri nədir, dövlətimiz hansı dəyərlər üzərində formalaşıb. Bizim dəyərlərdən bir çox ölkələr və bölgələr bəhrələnə bilər”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə