Partiya  Asim Mollazadə: “Rəsmi Paris münaqişələrin həllində iştirakdan məhrum edilməlidir”-

Fransa sentyabrın 27-dən bu günə qədər ermənipərəst mövqedən çıxış etməkdə davam edir. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olduğunu sanki “unudan” bu ölkə, görünən odur ki, təcavüzkar Ermənistanın Azərbaycan tərəfindən sarsıdıcı məğlubiyyətə uğradılmasını qəbullana bilmir. Bunun üçün də Azərbaycana təzyiq etmək üçün bütün yollara əl atır.


Son olaraq, Paris meriyasının ardınca Fransa Senatı erməni separatçılarına dəstək vermək üçün hərəkətə gəlib. Belə ki, Senat noyabrın 25-də qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağı Fransaya tövsiyə edən qətnaməni müzakirə etməyə çıxaracaq. Bir daha xatırlatmağı vacib bilirik ki, bu uydurma “DQR” keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindən əlavə Kəlbəcəri, Laçını, Qubadlını, Zəngilanı və digər işğal altında olmuş əraziləri də əhatə edir.


Azərbaycan tərəfdən artıq Fransaya sərt etirazlar verilməyə başlayıb. Erməni lobbisinin yedəyində getdiyinə kimsədə şübhə yeri qalmayan Fransa parlamentinin ölkəmizə qarşı belə bir təxribat törədə bilib-bilməyəcəyi yönündə ən müxtəlif fikirlərə, ehtimallara rast gəlirik. Eyni zamanda, qərar qəbul edilərsə, bunun hüquqi nəticəsi olacaqmı kimi suallar ətrafında da müzakirələr gedir. Rəsmi Bakının bununla bağlı görəcəyi tədbirlər də müzakirələr sırasındadır. Bu yöndə sərt tələblərə də rast gəlirik. Onların arasında Fransanın Bakıdakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılması və ona sərt xəbərdarlıq edilməsi də var.


Məsələ ilə bağlı XİN-in mövqeyini almağa çalışsaq da, buna nail ola bilmədik.


Asim Mollazadə: “Rəsmi Paris münaqişələrin həllində iştirakdan məhrum edilməlidir”


Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Fransanın dəyərlərə zidd bir ölkə olduğunu vurğuladı: “Fransa Senatının belə bir sənədi müzakirəyə çıxarması ilk növbədə, bu ölkədə siyasi korrupsiyanın mövcudluğuna ciddi şübhələr yaradır. Sənəd qəbul olunsa belə, bunun heç bir siyasi və hüquqi təsiri olmayacaq. Fransanın Minsk qrupunda həmsədr olaraq, münaqişənin həlli istiqamətində heç bir ciddi addım atmaması çox güman ki, məhz həmin proseslərlə bağlıdır. Bu ölkənin ən üst səviyyədə yetkililərinə erməni diasporunun təsirləri şəksizdir. Belə bir sənədin ortaya atılması, yaxud belə bir müzakirələrin aparılması əslində Fransanın beynəlxalq imicinə çox ciddi xələl gətirəcək. Rəsmi Paris münaqişələrin həllində iştirakdan məhrum edilməlidir. Çünki bu ölkədə çox ciddi və təhlükəli proseslər cərəyan edir. Ümumiyyətlə, Fransanın elan etdiyi dəyərlərə zidd bir dövlət olduğunu xüsusi qeyd etmək istərdim. Senatda bu sənədin müzakirəsinin özü antislamizmin, islamafobiyanın bir nümunəsidir”.....


Cavanşir ABBASLI,

“Yeni Müsavat”

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə