 |
 |

  
|
| Partiya |
Bakının müharibədən sonrakı xarici siyasəti - nələr dəyişməli...- |
 |
Azərbaycanın 44 günlük II Qarabağ savaşından sonra xarici siyasətində nələri dəyişməsi yönündə çoxsaylı müzakirələr gedir. Bu da əsassız deyil. Belə ki, müharibə dövründə və parlaq qələbəmizdən sonra dostlarımızla yanaşı, bədxahlarımız da üzə çıxdı. Məsələn, rəsmi Bakının hər zaman münasibətlərini yaxşı saxlamağa çalışdığı Fransa noyabrın 25-də həyasızlığının pik həddini nümayiş etdirdi. Bu ölkənin senatı qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanıdı. Avropa Birliyinin digər ölkələrindən də umduğumuz dəstəyi görmədik. Eyni sözləri beynəlxalq qurumlara da şamil etmək olar. Onlar da bu sınaqdan üzüqara çıxdılar.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev çıxışlarında bu məsələnin üzərinə tez-tez qayıdır. Avropa qurumlarının haqq mübarizəmizdə mövqesizlik nümayiş etdirmələrini haqlı olaraq tənqid edir, sərt şəkildə qınayır. Dövlət başçısı hazırda Ermənistanda baş nazir Nikol Paşinyan əleyhinə keçirilən aksiyalarda iştirakçılara qarşı zorakı üsullardan istifadə olunmasına Qərb dairələrinin susqunluğunu da tez-tez xatırladır. Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Azərbaycanın öz yolunu davam etdirəcəyini söylədi: “Azərbaycanın xarici siyasəti tərəfdaşlıq və əməkdaşlıq üzərində qurulur. Hansısa ölkələrdə Nijdenin ideologiyası, eləcə də faşizm ideologiyası ilə fəaliyyət göstərən erməni təşkilatlarının təxribatı, korrupsiyaya bulaşmış Avropa siyasətçilərini ələ alması Azərbaycanın xarici siyasətinə öz təsirini göstərməyəcək. Biz əməkdaşlıq etdiyimiz, tərəfdaş olduğumuz ölkələrlə öz əlaqələrimizi davam etdirəcəyik. Fransa senatının qərarına gəlincə, bu zərbə ilk növbədə, Fransanın özünə endirilib. Hamıya məlumdur ki, imperialist xülyalarla yaşayan Fransa Vyetnamda, Əlcazairdə, Afrikanın bir sıra ölkələrində hərbi cinayətlər törədib. O ölkənin daxilində indi anti-İslam, rasizm artdığına görə hamı görür ki, erməni qüvvələri Cənubi Qafqazda yenidən müharibə istəyir. Fransa senatının belə qərarı əslində müharibə istəyidir. Bu da imperialist mifologiyasından irəli gələn qərardır. Asim Mollazadə: “Parlament daha çox gənclərdən ibarət olmalıdır” Asim Mollazadə: “Əməkdaşlıq etdiyimiz, tərəfdaş olduğumuz ölkələrlə əlaqələrimizi davam etdirəcəyik” Azərbaycanın siyasətində hansısa bir dəyişiklik gözləmirəm. Rəsmi Bakı əməkdaşlıq etdiyi, strateji layihələr həyata keçirdiyi istiqamətlərdə öz işlərini davam etdirəcək. Əməkdaşlığa daim hazırıq. Bölgəmizi sülh, əmin-amanlıq bölgəsinə çevirmək Azərbaycanın planıdır. Azərbaycan qardaş ölkələrlə, türk birliyi ilə çox böyük bir strateji sistemin formalaşmasında öz fəaliyyətini davam etdirəcək. Erməni faşizminin bizə olan təxribatlarına gəlincə, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra edib, demək olar ki, Minsk Qrupunun fəaliyyətini yekunlaşdırıb. Bunu da edən Azərbaycanın Müzəffər Silahlı Qüvvələri olub. Senatdakı bu cür təxribatlar Azərbaycanı yolundan döndərə bilməz. Belə qərarların heç bir hüquqi əsası yoxdur. Bunlar beynəlxalq hüquq normalarına ziddir”.... Cavanşir ABBASLI, “Yeni Müsavat”
|
|
 |
Partiya |
 |
Partiyanın Liderləri |
 | Məlumat Mərkəzi |
|