Partiya  Ermənilər Azərbaycanın mesajlarını necə dəyərləndirəcək-

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən savaşı və ondan sonrakı günlərdə etdiyi çıxışların, müraciətlərin hər birində həm Qarabağda yaşayacaq ermənilərə, həm də  Ermənistana ciddi mesajlar verir.


Dövlət başçısı son olaraq, Laçının işğaldan azad olunması ilə bağlı xalqa etdiyi müraciətdə bir daha bu məsələnin üzərinə qayıdıb.


Ali Baş Komandan erməniləri xülyalarından əl çəkib, normal həyat yaşamağa dəvət edir. Bu mesajları ilə yanaşı ölkə başçısı onu da xatırlatmağı vacib bilir ki, əgər erməni faşizmi yenidən baş qaldırsa, bunun daha ağır nəticələrini görəcəklər. Prezident, dediyimiz kimi, artıq neçənci dəfədir ki, düşmənləri oyanmağa çağırır. Bir növ bununla öz borcundan çıxır.


İndi əsas sual odur ki, ermənilər Azərbaycanın Ali Baş Komandanının bu humanistliyini dəyərləndirəcəklərmi?


Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə hesab edir ki, əgər ermənilər bundan bəhrələnsələr, onların qarşısında “yaşıl işıq” yanıb: “Azərbaycan hərbi əməliyyatları yekunlaşdırdı. Diplomatik yolla üçtərəfli sazişin nəticəsində torpaqlarının böyük bir hissəsini qaytardı. İndi bizim qarşımızda yeni mərhələ durur. Bu mərhələ ilk növbədə Qarabağı bərpa etmək, yenidən cəmiyyətə çevirməkdir. Eyni zamanda iqtisadi, sosial və ekoloji problemlərini həll etməkdir. Revanşı düşünməyən, normal həyat yaşamaq yolunu seçən ermənilər bundan ancaq faydalana bilərlər. Çünki biz görürdük ki, işğal zamanında onlar çox rəzalətli durumda yaşayırdılar. Bu gün ermənilər üçün də şans yaranıb ki, sülhdən bəhrələnsinlər. Ermənistan normal danışıqlarla əməkdaşlıq siyasəti həyata keçirmək istəsə, bundan ancaq özünə inkişaf şansı qazana bilər. Çünki bölgədə çox mühüm proseslər gedir.


Asim Mollazadə: “Ermənistan bundan ancaq özünə inkişaf şansı qazana bilər”


Azərbaycan bu proseslər çərçivəsində Ermənistanla əməkdaşlıq etməyə hazırdır. Azərbaycan böyük potensiala malik olduğuna, strateji beynəlxalq layihələri həyata keçirdiyinə görə geniş imkanlara malik olacaq. Azərbaycan tərəfindən Qarabağ bölgəsinə böyük investisiyalar cəlb olunacaq. Ölkəmiz beynəlxalq əməkdaşlıq nəticəsində bir neçə istiqamətlərdə bölgənin inkişafına böyük töhfələr verəcək. Azərbaycanda yaşayan ermənilər üçün də geniş imkanlar açılacaq. Düşünürəm ki, sülhə alternativ yoxdur. Hansısa revanşist qüvvələr başını qaldıracaqsa, xoşagəlməz hərəkətlər edəcəklərsə, layiqli cavablarını alacaqlar. Onlar Azərbaycan Silahlı Qüvvələrinin gücünü bilirlər və düşünmürəm ki, hansısa hərəkətlərə yol versinlər. Azərbaycanla əməkdaşlıq edən bölgə dövlətləri də sülhdə maraqlıdırlar. Onlar da çox gözəl anlayırlar ki, məhz əməkdaşlıq sisteminin genişlənməsi hər kəsin maraqlarına uyğundur. Bundan hamı ancaq uda bilər. Biz əminik ki, Azərbaycanın böyük potensialı, iqtisadi və sosial sahədəki imkanları bu bölgədə yaşayanlara ancaq üstünlük verə bilər”....

Cavanşir ABBASLI,

“Yeni Müsavat”

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə