Partiya  Asim Mollazadə: Azərbaycan faktiki olaraq BMT-nin Təhlükəsizlik Şurasının vaxtilə qəbul etdiyi qətnamələrin icrasını həyata keçirdi-

“Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu döyüşdə böyük zəfər qazandı. Müzəffər Ordumuz işğal altındakı torpaqlarımızı azad etdi. Hərbi qələbədən sonra imzalanmış üçtərəfli bəyanatın bəndlərinə uyğun olaraq Azərbaycanın daha 3 rayonu döyüşsüz alındı. Yəni Azərbaycan faktiki olaraq BMT-nin Təhlükəsizlik Şurasının vaxtilə qəbul etdiyi məlum qətnamələrin icrasını həyata keçirdi. Hesab edirəm ki, heç bir itki vermədən Ağdam, Kəlbəcər və Laçın rayonlarının azad edilməsi böyük uğurdur”. Bu fikirləri qəzetimizə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə dilə gətirib.

Partiya sədrinin sözlərinə görə, Azərbaycanın qəhrəman övladlarının, şəhidlərimizin qanı bahasına əldə edilən qələbə düşməni doğma torpaqlarımızı qaytarmağa məcbur etdi: “Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun bu tarixi qələbəsi dövlətimizin regionun ən müasir Silahlı Qüvvələrinə malik olduğunu da sübut etdi. Prezident İlham Əliyev tərəfindən Azərbaycan xalqının arzu və istəklərinə uyğun olaraq bu tarixi qələbənin qeyd edilməsi üçün 8 Noyabr Zəfər Günü, şəhidlərimizin anılması üçün 27 Sentyabr Anım Günü təsis edilməsi, dekabrın 4-də matəm elan olunması və şəhidlərimizin 1 dəqiqəlik sükutla yad edilməsi qəhrəman Azərbaycan əsgərinin ruhuna hörmətin əlamətidir. Sözsüz ki, Vətən müharibəsində canından keçən şəhidlərimizi Azərbaycan xalqı heç vaxt unutmayacaq”.

“Bundan sonra Azərbaycan dövlətinin qarşısında yeni mərhələ dayanır. Təbii ki, dövlət tərəfindən işğaldan azad edilmiş rayonların yenidən qurulması üzrə proqram və layihələr müəyyənləşdiriləcək. Mən inanıram ki, dövlətimiz və Azərbaycan xalqı Qarabağı yenidən cənnət məkana çevirməyə qadirdir. İşğalçı Ermənistana gəlincə, bundan sonra bu dövlətin gələcəyi qonşulara qarşı ərazi iddialarından əl çəkməsindən asılıdır”, - deyə A.Mollazadə bildirib.

Q.RAMAZANOV

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə