Partiya  “Beşinci kolon” yenidən dirçəlir iddiası-
“Hansısa sovetdən qalan tör-töküntülər...” - iki deputatdan ilginc açıqlama
Müharibəyə qədər Azərbaycanda “beşinci kolon”un ayrı-ayrı fazalarda “meydan suladığı” iddiaları səslənirdi. Ölkənin siyasi kulislərində - parlamentdə, strukturlarda, mediada, QHT-lərdə Rusiyaya bağlı şəbəkənin sistemli iş apardığı, Moskvanın təsirlərinin burada güclənməsi üçün dəridən-qabıqdan çıxdıqları bildirilirdi.
İqtidar mənsublarının da dilindən tez-tez “5-ci kolon” ifadəsini eşitmək olardı. Amma hakimiyyət nümayəndələri Qərbin buradakı “müdafiə korpusu”nu nəzərdə tuturdular. Əks cinah isə Kremlin bəzi dairələrinin “ beşinci kolon”ndan ibarət istehkam qurduğunu və öz siyasi maraqlarını Azərbaycanda təmin etməyə çalışdığını iddia edirdilər.
“Yeni Müsavat” bildirir ki, son günlərdə həmin şəbəkənin yenidən aktivləşdiyi barədə fikirlər səslənməyə başlayıb. Bu xüsusda deputat Rasim Musabəyovun Türkiyə sülhməramlıları ilə bağlı çıxışı nümunə göstərilir. Onun türk ordusunun Qarabağda yerləşməsinə qarşı çıxması “beşinci kolon”un dirçəlməsi kimi qiymətləndirilir. Bu cür iddialar nə qədər inandırıcıdır - söyləmək çətindir. Çünki müharibədə “beşinci kolon” deyilən qüvvə səsini çıxara bilmədi, həm də o səbəbdən ki, onların bağlı olduğu dairələr Azərbaycanın haqq işinə maneə olmadılar. Müharibədən sonra onların yenidən boy göstərməsinə hansısa “əsaslar”, hansısa “şərait” ola bilərmi?
Əgər Bakı və Moskva münasibətlərini yüksək səviyyədə təşkil edibsə, Kremlin siyasi kluarlarında olan qrupların Azərbaycandakı “qanadı” fəallaşdırmasının əhəmiyyəti nədən ibarət ola bilər? Ümumiyyətlə, bu şəbəkəyə xidmət edənlər hansı məqsədi güdür? Nə üçün Azərbaycanın inkişafını, qələbəsini istəmirlər?
Asim Mollazadə Rusiyanın aparıcı KİV-lərinin nümayəndələri ilə görüşüb
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, ölkədə xarici dövlətlərə bağlı böyük güclərin olduğunu düşünmür. Deputatın fikrincə, heç bir qüvvə bundan istifadə edərək Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirə bilməz: “Türkiyə Azərbaycanın ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq üçün xalqımızın dəvəti ilə bura gəlir. Ona görə hansısa ”beşinci kolon", sovetdən qalan tör-töküntülər Azərbaycanda bir güc, bir mərkəz yarada, bu prosesin əleyhinə çıxa bilməz. Çünki bizim Türkiyə ilə qardaşlığımız, dostluğumuz ciddi əsaslara malikdir. Söhbət təkcə bir millət olmağımızdan, dilimizin və dinimizin eyni olmasından getmir, o cümlədən bizi birləşdirən başqa dəyərlər də var. Bu da iki ölkənin, xalqlarımzın münasibəti nəticəsində formalaşıb".
A.Mollazadə hesab edir ki, Azərbaycan və Türkiyə dünya üçün zəruri olan strateji sistem formalaşdırır: “Bura nəqliyyat, enerji sistemləri, sivilizasiyaların, mədəniyyətlərin əməkdaşlığını əhatə edən strategiya daxildir. O nöqteyi-nəzərdən hansısa keçmiş kommunist təfəkkürünə malik bir neçə nəfər xalqın iradəsinə qarşı heç nə edə bilməzlər”.....
Emil SALAMOĞLU
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə