 |
 |

  
|
| Partiya |
Asim Mollazadə: “Ermənistanın bu təzminatı necə ödəməsi mərhələsinə hələ var”- |
 |
Noyabrın 10-da Vətən müharibəsi başa çatandan sonra Ermənistanın son 30 ildə Azərbaycana vurduğu zərərin müqabilində on milyardlarla dəyərində ölçülən təzminatı necə ödəyəcəyi ilə bağlı müzakirələr də gündəmdədir.
Bütün sahələr üzrə ciddi böhran keçirən təcavüzkar ölkənin bu təzminatı heç bir halda ödəmək imkanlarının olmadığı hər kəsə güzgü kimi aydındır. Belə olduğu üçün təzminat əvəzi olaraq bir sıra təkliflər səslənməkdədir. O təkliflərin önündə isə Azərbaycanın tarixi ərazisi sayılan Zəngəzurun ölkəmizə qaytarılması gəlir. Son olaraq, belə bir fikirlərlə rusiyalı politoloq çıxış edib. O deyib ki, Ermənistan Azərbaycana ödəməli olacağı təzminatdan qurtulmaq üçün Zəngəzuru və Azərbaycan üçün strateji başqa yerləri güzəştə getsin. Ermənilər belə bir təklif etməyə məcbur qalsalar, Azərbaycan tərəfin necə davranacağı barədə yaranan çoxlu sayda suallar ətrafında geniş müzakirələr gedir. Onu da qeyd etməyi vacib bilirik ki, bu plan hər zaman masa üzərində olub və pul müqabilində Azərbaycan ərazilərinin geri qaytarılması barədə çox yazılar gedib. Amma nəzərə alaq ki, indi vəziyyət tamamilə dəyişib. Müzəffər ordumuz Qarabağı azad edərək, erməniləri prezident İlham Əliyevin dediyi kimi, oradan it kimi qovub. İndi bizim qarşımızda duran əsas məsələ Ermənistana təzminat davası açmaqdır ki, bu yöndə də artıq işlər gedir. Ermənistanı Zəngəzur və digər tarixi ərazilərimizi boşaltmağa məcbur qoymağın yeganə yolu kimi təzminat məsələsi önə çəkilir.... ....Asim Mollazadə: “Ermənistanın bu təzminatı necə ödəməsi mərhələsinə hələ var” Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə indidən bu barədə danışmağı tez hesab edir: “Məhkəmələrin qərarı olmayana qədər təzminatla bağlı danışmaq hələ tezdir. Düşünürəm ki, ilk növbədə, müvafiq araşdırmalar yekunlaşmalı, müraciətlər olmalıdır. Bütün bunlardan sonra düşünmək olar ki, Ermənistan hansı formada bu təzminatı ödəyə bilər. Hələ araşdırmalar yekunlaşmayıb, məhkəmələr olmayıb, bir sözlə proses sona çatmayıb. Onun üçün bu barədə danışmağın tez olduğunu düşünürəm. Rus politoloqu nəsə deyə bilər. Bu onun şəxsi mövqeyidir. Onun mövqeyini şərh etmək istəmirəm. Fikrimcə, ilk növbədə, araşdırmalar olmalıdır. Bunun nəticəsində məhkəmələrə müraciət olunmalıdır. Məhkəmələrin isə qərarı olmalıdır. Bu qərardan sonra müzakirələr açıla bilər ki, Ermənistan nə zaman və necə təzminatı ödəyəcək. Araşdırmalar hələ təzə başlayıb. İş yekunlaşmayıb, məhkəmələrə də müraciətlər olmayıb. Aşadırmalardan sonra mütləq beynəlxalq məhkəmələrə müraciətlər olmalıdır. Ermənistanın bu təzminatı necə ödəməsi mərhələsinə hələ var”..... Cavanşir ABBASLI, “Yeni Müsavat”
|
|
 |
Partiya |
 |
Partiyanın Liderləri |
 | Məlumat Mərkəzi |
|