Partiya  “Türkiyə bütövlükdə Cənubi Qafqazda sabitlik yaratmağa çalışır”-

Noyabrın 10-da əldə olunan üçtərəfli anlaşmadan sonra Azərbaycanın Qarabağ ərazilərinə gələn rus sülhməramlıları hazırda orada mina təmizləmə, təhlükəsizliyin təmin edilməsi işləri ilə məşğul olurlar. Həmçinin Rusiya qüvvələri həmin ərazilərin bir hissəsində qəzəbli ermənilərlə üz-üzə dayanıblar. Təcavüzkarlar Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsində onlara dəstək vermədiyi üçün Rusiyanı “ bağışlaya bilmirlər”...


Türkiyə ordusu da Azərbaycandadır. Qardaş ölkənin hərbçiləri dekabrın 10-da keçiriləcək Qələbə paradında iştirak edəcəklər. Parad öncəki hazırlıq prosesindən yayılan videolardan görünür ki, Türkiyə əsgər və zabitləri ölkəmizdə rus ordusu ilə müqayisədə kifayət qədər çoxdur.


Hətta say etibarı ilə türk və rus ordularının müqayisəyə gəlinmədiyi söylənilir.


Bu da 44 günlük savaşın sonunda əldə olunan razılaşma əsasında rus sülhməramlılarının Azərbaycan ərazilərinə gələndən sonra xalq arasında yaranan müəyyən narahatlıqları aradan qaldırıb.


Asim Mollazadə: “Türk ordusu Azərbaycana minadan təmizlənmə prosesində dəstək verir”


Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə türk ordusunun şəninə təriflər yağdırdı: “Uzun müddətdir ki, türk ordusu Azərbaycana minadan təmizlənmə prosesində dəstək verir. Azərbaycan Silahlı Qüvvələrininin peşəkar səviyyəsinin ən yüksək pillədə olması məhz Türkiyə Silahlı Qüvvələri ilə əməkdaşlığın nəticəsində baş verib. Azərbaycanın yanına gələn qardaşlara, türk ordusuna eşq olsun. Türk birliyi iki qardaş dövlətin daha da güclənməsi istiqamətində qürurverici işlər görəcək. Onun üçün də düşünürəm ki, rus ordusu, sadəcə olaraq, hazırda Ermənistanı qorumaqla, təcavüzkar ölkəni ağır durumdan çıxarmaqla məşğuldur. Azərbaycanın müstəqilliyini, dövlətçiliyini dəstəkləyən qardaş Türkiyədir, onun ordusudur. İki türk dövlətinin, bir millətin bir ordusuna eşq olsun”.....


Cavanşir ABBASLI,

“Yeni Müsavat”

  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə