Partiya  Asim Mollazadə: Müharibə səngərdə bitsə də, diplomatiya və informasiya cəbhəsində davam edir-

Asim Mollazadə: Diplomatik sistemi möhkəmləndirmək üçün İsraildə Azərbaycan səfirliyinin açılmasına ehtiyac var

 

“İstisna deyil ki, Ermənistanda revanş barədə düşünən qüvvələr hakimiyyətə gələndə müharibə fikrinə düşə bilərlər. Biz buna həmişə hazır olmalıyıq”.

Bu sözləri Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bu gün Milli Məclisdə keçirilən "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, büdcədə milli təhlükəsizlik və silahlı qüvvələrlə bağlı məsələlər çox ciddi şəkildə öz əksini tapıb. Lakin bu gün Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri Qarabağın bərpa edilməsidir.

“Qarabağda hər şey barbarcasına dağıdıldığına görə, onun bərpası çox böyük xərclər tələb edir. Eyni zamanda Qarabağın təbiətinin, təbii ehtiyatlarının bərpası da ciddi vəsaitlərə başa gələcək. Biz əsasən bu regionun su ehtiyatlarına, onun qorunmasına  diqqət yetirməliyik. Sərsəng və Suqovuşan su anbarlarının timsalında yenidən Azərbaycana qayıdan su ehtiyatlarından gələcəkdə çox həssaslıqla istifadə olunmasına ehtiyac var. Suvarma sistemləri yenidən qurulmalı, bu zaman müasir texnologiyalardan, modern suvarma sistemlərindən istifadə prioritet olmalıdır”, - deyə millət vəkili bildirib.  

O, büdcədə əsgər və şəhid ailələrinin sosial cəhətdən güclü müdafiəsinin vacibliyini xüsusilə qeyd edib.

“Azərbaycana qarşı müharibə təkcə səngərdə deyil, digər sahələrdə də aparılır. Bu gün hərbi əməliyyatlar başa çatsa da, diplomatik və informasiya müharibəsi davam edir. Diplomatik sistemi möhkəmləndirmək üçün İsraildə Azərbaycan səfirliyinin açılmasına ehtiyac var. Azərbaycanın mövcud səfirliklərinin fəaliyyətinə yenidən nəzər yetirilməlidir. Nəhayət, Azərbaycan və Türkiyə icmalarının birgə işi təşkil edilməlidir. Diasporumuzun bu informasiya müharibəsində fəal şəkildə iştirakı, təşkilatlanması üçün büdcədə əlavə vəsaitlərin nəzərdə tutulması zəruridir”, - Asim Mollazadə əlavə edib.

 

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə