Partiya  Prezident İlham Əliyev Azərbaycan xalqını dəmir yumruq kimi birləşdirdi-

2020-ci ilin son ayları özəl, tarixi günləri ilə Azərbaycan ictimaiyyətinin yaddaşına əbədi olaraq həkk olunacaq. Bu tarixi Ordumuz və Ali Baş Komandanın, xalqın Dəmir Yumruğu yazdı. Bu gün yumruğu yarada bilən tarixi şəxsiyyətin –Prezident İlham Əliyevin ölkənin həyatındakı yeri və rolu xüsusilə qeyd olunur. Azərbaycan ictimaiyyəti ona zəfər tarixi yazan öz sərkərdəsinin doğum gününü və zəfər səlnaməsini öyrənməkdədir.


Hafta.az politoloq və millət vəkillərinin prizamasında uzaq gələcəyə hesablanan bugünkü qələbə tarixini və ona rəhbərlik edən tarixi şəxsiyyəti araşdıracaq.


Millət vəkili Asim Mollazadə Hafta.az-a bildirib ki, Ali Baş Komandan İlham Əliyev müzəffər Azərbaycan Ordusu ilə birlikdə böyük tarixi hadisəyə imza atdı. Onun sözlərinə görə, qələbəyə aparan yol ölkənin strateji enerji layihələrindən,  iqtisadiyyatın gücləndirilməsindən, Azərbaycan silahlı qüvvələrinin müasir avadanlıq və silahlarla təmin olunmasından keçdi:


“Azərbaycan hərbi qələbəni diplomatik sahədə də gücləndirməlidir. Ölkəmizə qarşı informasiya müharibəsi gedir.  Mən Prezidentimizə arzu edirəm ki, bu müharibədə son nöqtə qoyulsun və Azərbaycan bu müharibədə tam qalib olsun. Bu gün Azərbaycan xalqı qalib xalqdır və bu, Prezidentimizin böyük bir uğurudur”.


Millət vəkili bu gün Azərbaycana qarşı çox ciddi təzyiqlər olsa da, Prezidentin status-kvo ilə bağlı dediyi sözləri bir daha xatırlatmaq istədi:


“Status-kvo, cəhənnəmə-gora getdi. Bilin ki, hazırda rus sülhməramlı qüvvələri ilə yanaşı Azərbaycanda türk ordusu da təmsil olunur. Türk ordusunun Qarabağda olması Azərbaycanın müstəqilliyinin, Azərbaycan maraqlarının qarantıdır. Rusiya sülhməramlıları müvəqqəti orda yerləşiblər ki, ermənilər həmin ərazilərdə növbəti təxribatlar törətməsinlər. Ermənilər təxribatlara gedərlərsə, Ermənisatanı növbəti faciələr gözləyə bilər. Azərbaycan ordusu kifayət qədər güclüdür. Biz informasiya və diplomatik sahədə Azərbaycan və türk icmalarının dünyada daha da güclənməsinə çalışmalıyıq. Çünki mənfur düşmən tək səngərdə deyil, digər sahələrdə də Azərbaycana qarşı müharibə aparır”....


Hafta.az

  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə