Partiya  İran ətrafında gərginlik artır - region və Azərbaycanı nə gözləyir?-
Asim Mollazadə: “İran qərarını geri çəksə...”
Cənub qonşumuz İranın uranı 20% zənginləşdirmək qərarından sonra gərginlik günbəgün artmaqdadır. Böyük Britaniya, Almaniya və Fransa İranı uranı 20%-ə qədər zənginləşdirmək prosesini dayandırmağa çağırıb. TASS agentliyi xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda İranın uranı 20%-ə qədər zənginləşdirməyə başladığından dərin narahatıq ifadə olunur və bu addım təsirli diplomatik fəaliyyət imkanlarını məhdudlaşdıran fəaliyyət kimi qiymətləndirilir.
Lakin cənub qonşumuz dayanmaq bilmir. Bu onun davranışlarında da açıq şəkildə özünü göstərməkdədir. Belə olacağı təqdirdə isə heç şübhəsiz ki, regionda gərginlik durmadan artacaq. Bu da haqlı olaraq, Azərbaycanı da narahat etməyə bilməz. Gərginliyin regiona və Azərbaycana nə vəd etdiyi yönündə çoxlu sayda suallar yaranıb. Çünki hər belə gərginlikdə Qərbdən Bakıya da müxtəlif təzyiqlər başlayır. Prezident də dəfələrlə bu barədə danışıb. Üstəlik, Azərbaycan İranla sərhədlərini bərpa edib və həmin zonalarda bərpa işləri başlamalıdır.
Asim Mollazadə: “Parlament daha çox gənclərdən ibarət olmalıdır”
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a açıqlamasında iki ölkə arasındakı gərgin münasibətlərin düzələcəyinə ümid etdiyini söylədi: “Amerikada hakimiyyət dəyişəndən sonra istisna deyil ki, Bayden çalışacaq ki, İranla yenidən məlum sazişi geri qaytarsın, sanksiyaları dayandırsın. Bunun nəticəsində düşünürəm ki, gərginlik azala bilər. İran da uranla bağlı öz qərarlarını geriyə götürərək, keçmiş mövcud olan sazişə qayıtsın. Bu olmasa, İran öz nüvə proqramını davam etdirsə, ancaq o halda gərginlik daha da arta bilər. Eyni zamanda İran bu proqramını dayandırmasa, dünyanın ciddi təzyiqləri ilə üzləşə bilər. Bu da çox xoşagəlməyən hadisələrə gətirib çıxaracaq. Amma İran qərarını geri çəksə, Bayden Amerikanı sazişə qaytarsa, o zaman proseslər normal şəkildə cərəyan edəcək. İrana nüvə silahı əldə etmək imkanı verilməyəcək. Bu açıq şəkildə bəyan edilib. Hakimiyyət dəyişikliyindən sonra ABŞ-da İrana qarşı yeni münasibətin formalaşması mümkündür”.
Deputat Azərbaycanla bağlı olan narahatlıqlara da aydınlıq gətirdi: “Azərbaycan heç bir qüvvəyə, heç kəsə imkan verməyəcək ki, onun üçüncü dövlətlə münasibətlərinə müdaxilə edilsin. Əslində Azərbaycan öz müstəqilliyini bütün təzyiqlərdən qorumağa qadir bir ölkədir. Mənə elə gəlir ki, müstəqil siyasətimizi müstəqil dövlət kimi həyata keçirmək üçün bütün əsaslarımız var”.....
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə