Partiya  Asim Mollazadə: “ABŞ-ın siyasi sistemində böyük islahatlara ehtiyac var”-
"Tramp ABŞ tarixində yazılmamış qanunları, demokratik siyasi mədəniyyətə aid olan qaydaları artıq 4 ildir ki, tapdalamaqda idi. O, dünya avtoritarizminə bu zamanadək heç kimin etmədiyi yardımı etdi”.
Bu sözləri "Toplum TV”-yə açıqlamasında politoloq Azər Qasımlı deyib.
Paytaxt Vaşinqtonda yanvarın 6-da Kapitoli binasının qarşısında etiraz aksiyası keçirən Tramp tərəfdarları binaya daxil olaraq, Senatın zalını mühasirəyə alıblar.
Co Baydenin prezidentliyinin təsdiq olunması üçün toplanan Senat və Nümayəndələr Palatası baş verən qarışıqlığa görə iclası yarımçıq dayandırmaq məcburiyyətində qalıb.
Tramp tərəfdarları ilə polisin toqquşması zamanı 4 nəfərin öldüyü, 50-dən çox adamın xəsarət aldığı, onlarla insanın saxlanıldığı bildirilib.
İğtişaşlardan sonra paytaxt Vaşinqtonda fövqəladə vəziyyət elan edilib. Kapitolidə zorakı iğtişaşları təhrik etmək maddəsiylə Donald Tramp barəsində impiçment məsələsi gündəmə gətirilib.
"Bu, Tramp hakimiyyətinin sonudur"
Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə Vaşinqtonda baş verən hadisələrin ölkənin seçki sistemində islahatlara ehtiyac yaratdığını bildirib: "Bu, çox xoşagəlməz hadisədir. Bir tərəfdən ABŞ-ın seçki sisteminə şübhələr yaradır, xüsusilə Trampın bu seçkilərin saxtalaşdırılması ilə bağlı iddaları bu sistemin böyük istahatlara ehtiyacı olduğunu vurğulayır. Bununla yanaşı, ABŞ Konqresinə qarşı zorakılıq aktları özü-özlüyündən cəmiyyətdə böyük parçalanma və gərginliyin təzahürüdür”.
Deputat Donald Trampın "Tvitter” hesabının bloklanmasının demokratiyaya zidd olduğunu vurğulayıb: "ABŞ-a məxsus sosial şəbəkə prezidentinə senzura tətbiq etdiyi halda İran və Çin prezidentinə etmir. Son zamanlar ABŞ mediasının bir siyasi qüvvənin əlində toplaşması, radikal sol və radikal sağ qüvvələr açıq zorakılıq üsullarındna istifadə etməsi ölkədə təəccüb yaradır. Bu baxımdan düşünürəm ki, ABŞ-ın siyasi sistemində də böyük islahatlara ehtiyac var. Ölkədəki demokratiyanın təməl prinsipi söz azadlığıdır və bunun təmin olunması üçün müvafiq işlər görülməlidir. Medianın bir siyasi sistemin əlində olması parçalanmanı daha dərinləşdirir və əhali arasında siyasi liderlərə olan inamı itirir. Bu baxımdan ABŞ təməl prinsiplərinə qayıtmalı, demokratiya bərpa olunmalıdır”.
ABŞ-ın paytaxtındakı hadisələri "Tramp hakimiyyətinin sonu" adlandıran A.Mollazadə deyir ki, sonrakı mərhələlərdə bənzər problemlər yaşanmayacaq: "Düşünürəm ki, bu artıq Tramp hakimiyyətinin sonudur, Konqres qərar qəbul edib. Bundan sonra hansısa gərginliyin şahidi olmayacağıq, amma dərin problemlər hələ də mövcuddur və bu problemlərin həlli istiqamətində ABŞ-ın daxilində ciddi addımlar atılmalıdır. Biz bunu dəfələrlə görmüşük ki, ABŞ konqresində siyasi korrupsiyaya qurşanmış nümayəndələr hətta dövlətin maraqlarına zidd olaraq hansısa qərarlar qəbul edirlər. 907-ci düzəliş bunun bariz nümunəsidir”.....
Nigar Səmədli
Tomplum.tv
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə