Partiya  Moskva görüşündən gözləntilər-
Bakı/11.01.21/Turan: Yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya prezidentlərin və Ermənistan baş nazirin iştirakı ilə üçtərəfli görüş keçiriləcək.
Bu barədə dünən, yanvarın 10-da Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, üçtərfli görüş zamanı münaqişənin həllinin gedişatı və regionda problemlərin həlli üçün növbəti addımlar müzakirə olunacaq. «Xüsusi diqqət Qarabağ rayonların sakinlərinə yardım edilməsinə və ticarət-iqtisadi və nəqliyyat əlaqələrin açılmasına yönəldiriləcək».
Azərbaycanın rəsmi qurumları sözügedən görüşlə bağlı heç bir məlumat yaymasalar da, Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorkyan Ermənistan mətbuatına bildirib ki, görüşün əvvəlcədən planlaşdırılmış gündəliyi iqtisadi xarakter daşıyır.
Bugünkü görüşdən nə gözləmək olar?
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin üzvü Asim Mollazadə Turana bildirib ki, Azərbaycanın gözləntisi noyabrın 9-da imzalanmış bəyanatın icrası ilə bağlıdır. «Biz maraqlıyıq ki, sənəddə əks olunmuş maddələri öz real icrasına başlasın».
Deputat vurğulayıb ki, Ermənistan tərəfi imzalanmış bəyanatın maddələri pozur. «Bir sıra çox ciddi faktlar var ki, Ermənistan silahlı qüvvələri atəşkəsi pozublar, Azərbaycanın ordusuna və hətta mülki əhaliyə qarşı terror aktları həyata keçiriblər. Onların böyük hissəsi həbs olunub, yaxud da məhv edilib. Lakin bu, sazişin kobud surətdə pozmaq deməkdir. Bununla yanaşı Azərbaycanı maraqlandıran digər amil ondan ibarətdir ki, Ermənistan hökümətin nümayəndələri qeyri-qanuni olaraq Azərbaycan ərazisinə səfər edib».
Deputatın sözlərinə görə, Azərbaycan həmçinin tezliklə Naxçıvanla bağlı dəhlizin təhlükəsiz formada açılmasını gözləyir. «Bir neçə məsələ var. Düşünürəm ki, bu üçtərəfli görüş sazişin icrasına həsr olunacaq. Bundan irəli gələn digər sazişdə əks olunan məsələlər icra olunmalıdır. Söhbət Azərbaycan əraziləri olan Qazax rayonun kəndlərindən gedir. Naxçıvanın Kərki kəndin qaytarılması ilə bağlı bildiyim qədər razılıq artıq əldə edilib».
A. Mollazadə hesab edir ki, bütün bu məsələlərin ciddi müzakirəyə ehtiyac var. «Çünki Ermənistan tərəfi hazırda bu prosesə ciddi yanaşmır və ona görə də Ermənistanın qarşısında ciddi tələb qoyulmalıdır ki, bütün razılaşmalar icra olunsun. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, kimsə başqa bir şeylərə ümid edirsə Azərbaycan kifayət qədər gücə malikdir ki, bu prosesləri özü ələ alıb həll edə bilsin. Lakin biz yenə də barışıq sazişini icra etməyə hazır olduğumuzu nümayiş etdirmişik, erməni tərəfi isə çox təəssüf ki, bu istiqamətdə zəruri addımlar atmayıb».....
Turan.az
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə