|
Yanvarın 11-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçirildi.
Görüş zamanı hər 3 ölkənin dövlət başçlarının imzaladıqları Bəyanat əsasında komunikasiyaların açılması, nəqliyyat əlaqələrinin bərpası üçün işçi qrupun yaradılması dəstəklənib.
Moskva görüşü beynəlxalq və yerli mediaya qapalı keçirilsə də, bəzi məqamların görüşdə müzakirə mövzusu olmadığı aydınlaşıb.
Qarabağın “status” məsələsi və 62 erməni diversantın hərbi əsir kimi Ermənistana qaytarılması tələbi dəyirmi masaya qoyulmayıb.
Ancaq bəzi suallar isə hələ də açıq qalır. Məsələn, Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində Azərbaycanın dövlət suverenliyinin bərpası; Həmin əraziyə azərbaycanlı köçkünlərin qayıtması; Dağlıq Qarabadakı erməni silahlı dəstələrinin taleyi; Rusiya sülhməramlılarının fəaliyyət sferası və mandatı ilə bağlı suallar; Ağdərə-Kəlbəcər yolunun açılması və s...
Maraqlıdır, üçtərəfli Moskva görüşü Azərbaycan üçün nə vəd edir? Görüşün müsbət və mənfi tərəfləri nədir?
Modern.az mövzu ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrənib....
.....Deputat Asim Mollazadə deyir ki, dünənki görüş zamanı Azərbaycanı əsas maraqlandıran kommunikasiya məsələsi, Naxçıvana dəhlizin açılması idi:
“Bunları müsbət hal kimi qiymətləndirmək olar. Dünənki görüşdə Azərbaycan istədiklərinə nail oldu. Rusiya öz dəstəyini ifadə etdi və bundan öncə imzalanan sazişə riayət edə bildi. Xülyalarla yaşayan Ermənistan reallıqlarla hesablaşmalıdır. Görüşdə əsas məsələ o idi ki, Ermənisan və onun rəhbərliyi, müxalifəti, eləcə də revanş barədə düşünmək istəyən qüvvələr belə gerçəklərlə razılaşmaq məcburiyyətindədirlər”.
Modern.az
|