Partiya  NATO baş katibindən Azərbaycana dəstək-
NATO-nun baş katibi Paris Beynəlxalq İşlər Məktəbinin keçirdiyi virtual tədbirdə nitq söyləyib və çıxışı zamanı Qarabağ münaqişəsinin, habelə Donbas və Cənubi Osetiyadakı vəziyyətin siyasi həlli ilə bağlı suala cavab verib. Stoltenberq deyib ki, Abxaziyada və Cənubi Osetiyada Gürcüstanın ərazi bütövlüyü və suverenliyi pozulub və bu tamamilə yolverilməzdir.
Qarabağ münaqişəsinin həllinə gəlincə də NATO-nun baş katibi alyansın dövlətlərin suverenliyinə hörmət bəsləməli olduğunu deyib: “NATO-nun rolu bu ölkələrə dəstək vermək, onları inkişaf etdirmək, islahatlar sahəsində kömək göstərməkdir. NATO müttəfiqləri olaraq biz müxtəlif şəkildə həm Gürcüstan, həm də Ukraynada varıq. Əlbəttə, biz siyasi həll yolu tapmalıyıq. Müxtəlif münaqişələrdə... İstər Moldovada, istərsə də sizin dediyiniz Dağlıq Qarabağda ən əsas mesaj budur ki, biz suverenliyə hörmət göstərməliyik”.
Cümlələrə diqqət yetirəndə görünür ki, bu, NATO kimi bir qurumun başçısının əlbəttə ki, dolayısı ilə Azərbaycanın 44 günlük Vətən müharibəsinə, ərazi bütövlüyünü bərpa etməsinə dəstəyi deməkdir. Əslində NATO müharibə dövründə də kifayət qədər təmkinli mövqe nümayiş etdirmişdi. Heç şübhəsiz ki, bu ədalətli mövqe həm də Azərbaycanın NATO üçün əhəmiyyətli ölkə olmasının göstəricisidir.
Bu mövqeyin əslində çox sualların cavabı olduğu qeyd edilir. Hazırda Azərbaycan-NATO münasibətlərinin növbəti inkişaf mərhələsini yaşadığı vurğulanır. Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, NATO baş katibinin mövqeyi ilk növbədə, beynəlxalq hüquq normalarına əsaslanır: “Onun sadaladığı münaqişələrlə bağlı beynəlxalq təşkilatlarda müvafiq qərarlar var. İlk növbədə Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrini önə çəkmək olar. Avropa Parlamenti və Şurasının da qətnamələri olub. Söhbət bundan gedir ki, yeni bir şey yoxdur. Əsas olan odur ki, dünyada sülh-sabitlik dövlətlərin suverenliyi, ərazi bütövlüyü üzərində qurulub. Hər halda, hansısa bir vəziyyətdə buna şübhə ilə yanaşılırsa, bu yeni qarşıdurmaların, münaqişələrin səbəbi olur. Amma Azərbaycan öz müzəffər Silahlı Qüvvələrinin qəhrəmanlığı nəticəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edib. Vasitəçilərin edə bilmədiklərini həyata keçirib.
Asim Mollazadə DTX-nın saxladığı qohumundan danışdı
Asim Mollazadə: “NATO çox gözəl anlayır ki...”
Bu istiqamətdə NATO baş katibinin mövqeyi mənə elə gəlir ki, beynəlxalq hüquq normalarına əsaslanır. Bununla yanaşı, bir məsələni də xüsusi qeyd etmək istərdim ki, Azərbaycana dəstək verən ölkələrdən biri NATO-nun əsas ölkələrindən sayılan Türkiyədir. Söhbət siyasi dəstəkdən gedir. Bu siyasi dəstək də NATO-nun mövqeyinin formalaşmasında öz əksini tapır. Çünki Cənub-Şərq NATO sərhədlərində ən əsas qüvvə Türkiyədir. NATO-nun əsas mütəffiqi və gücü sayılır. NATO çox gözəl anlayır ki, ona üzv ölkələrin enerji təhlükəsizliyində Azərbaycan mühüm rol oynayır. Eyni zamanda, ümumiyyətlə, bölgədə əməkdaşlıq, kommunikasiyalar və digər məsələlərin arxasında Azərbaycanın dayandığını NATO da yaxşı bilir. Təkcə NATO-ya üzv olan ölkələrin deyil, müttəfiq olan ölkələrin də Azərbaycanın həyata keçirdiyi strategiyada böyük maraqları var. Ölkəmizin həyata keçirdiyi siyasət haqlı hesab olunur və ona dəstək verilir. Bu dəstək də beynəlxalq hüquq normalarına tam əsaslanan dəstəkdir. Azərbaycan hərbi əməliyyatlarını işğal altındakı ərazilərində həyata keçirib, beynəlxalq hüquq normaları çərçivəsində öz ərazilərini azad edib, eyni zamanda vətəndaşlarının hüquqlarını, həyatını qorumaqla məşğul olub”......
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə