Partiya  Erməlilər növbəti təxribatı - Xocavənddə Nijdeyə heykəl qoyublar-
Ermənilər Xocavənddə cəllad və faşist Qaregin Njdeyə heykəl qoyublar. O Njdeyə ki, “Türkə qarşı mübarizəsiz bir gün olmamalıdır” şüarı ilə çıxış edən bir faşistdir.
Prezident İlham Əliyev Aşqabad sammitində bildirmişdi: “Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib”.
Bu gün isə məhz Rusiya sülhməramlılarının nəzarəti altında faşistə Azərbaycan ərazisində belə bir heykəlin qoyulması hansı anlama gəlir, Azərbaycan hansı addımları atılmalıdır?....
....Millət vəkili Asim Mollazadə “Həftə içi”nə bildirib ki, bu gün beynəlxalq Holokost günüdür və ermənilərin Azərbaycan ərazisində Njdenin heykəlini ucaltması Ermənistanın faşist mahiyyətini bir daha ortaya qoyur.
“Bu gün bütün dünya, eləcə də Azərbaycan II Dünya Müharibəsində Almaniya faşizmi tərəfindən qətlə yetirilmiş yəhudiləri yad edir. Njde “SS”çi idi və o, işğal olunmuş Sovet İttifaqının ərazisində yəhudilərin və digər millətlərin kütləvi qətlində iştirak eləmiş bir cinayətkardır. Rusiya faşizmlə mübarizədə çox qurbanlar verib və bir faşistin heykəlinin Rusiyanın nəzarətində olan ərazidə ucaldılması dünyaya hörmətsizliklə yanaşı, Rusiyaya qarşı təhqirdir”.
Millət vəkili bildirib ki, artıq Rusiya nümayəndələri bu barədə fikirlərini ifadə ediblər. Onun sözlərinə görə, Njdəyə heykəl qoyulması faşizm təbliğatının real göstəricisidir.
“30 ildir ki, Azərbaycan bu faşizmin real fəaliyyəti ilə üz-üzə qalıb və bu gün bizim mübarizəmizin bir forması da faşizm ideologiyası ilə mübarizədir. Ermənilər belə heykəllər ilə öz dəyərlərini qabardırlar”.
Rusiyanın bəzi şəhərlərində də Njdenin heykəllərinin olduğunu deyən millət vəkili qeyd edib ki, əslində, orada faşizmin təbliğatı qanunvericilik baxımından qadağan olunub.
“Ola bilər ki, sülhməramlılar bunu başa düşmürlər. Amma Rusiya sülhməramlıları öz ölkələrinin qanunlarına riayət etməlidir”.
Rusiya sülhməramlılarının qanunla qadağan edilən heykəlin Azərbaycanda qurulmasına gözardı yanaşmasına gəlincə, A.Mollazadə bildirir ki, buna qarşı tədbirlər görülməli və bütün dünyanın diqqəti buna cəlb edilməlidir....
Tahirə Qafarlı
Hafta.az
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə