Partiya  Millət vəkili bildirib ki, artıq Rusiya nümayəndələri bu barədə fikirlərini ifadə ediblər. Onun sözlərinə görə, Nejdəyə heykəl qoyulması faşizmin təbliğatının real göstəricisidir-
Qarabağlı ermənilər Xocavənddə cəllad və faşist Qaregin Njdeyə heykəl qoyublar. O Njdeyə ki, “Türkə qarşı mübarizəsiz bir gün olmamalıdır” şüari ilə çıxış edən bir faşistdir.
Faşist ideologiyasını müdafiə edən separatçı ermənilər hələ 1991-ci il noyabrın 20-də Azərbaycanın Xocavənd rayonunun Qarakənd kəndinin üzərində "Mİ-8 N72" helikopterini vurmuşdular. Hadisə nəticəsində 22 nəfər Azərbaycan ziyalısı həlak olmuşdu.
Ermənilər faşist Qaregin Njdeyə Ermənistanda və Rusiyada heykəl, lövhə qoyublar. Bu fakt Böyük Vətən Müharibəsi iştirakçılarının sağ qalanlarına, ölənlərin ruhlarına, Holokost qurbanlarının xatirəsinə hörmətsizlik kimi dəyərləndirilib.
Azərbaycan Prezidenti İlham Əliyev də Aşqabad sammitində bildirmişdi: “Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib”.
Bu gün isə məhz Rusiya sülhməramlılarının nəzarəti altında faşistə Azərbaycan ərazisində belə bir heykəlin qoyulması hansı anlama gəlir, Azərbaycan hansı addımları atılmalıdır?....
......Millət vəkili Asim Mollazadə bildirib ki, bu gün beynəlxalq Holokost günüdür və ermənilərin Azərbaycan ərazisində Njdenin heykəlini ucaltması Ermənistanın faşist mahiyyətini bir daha ortaya qoyur:
“Bu gün bütün dünya, eləcə də Azərbaycan II dünya müharibəsində Almaniya faşizmi tərəfindən qətlə yetirilmiş yəhudiləri yad edir. Njde “SS”-çi idi və o, işğal olunmuş Sovet İttifaqının ərazisində yəhudilərin və digər millətlərin kütləvi qətlində iştirak eləmiş bir cinayətkardır. Rusiya faşizmlə mübarizədə çox qurbanlar verib və bir faşistin heykəlinin Rusiyanın nəzarətində olan ərazidə ucaldılması dünyaya hörmətsizliklə yanaşı, Rusiyaya qarşı təhqirdir”.
Millət vəkili bildirib ki, artıq Rusiya nümayəndələri bu barədə fikirlərini ifadə ediblər. Onun sözlərinə görə, Nejdəyə heykəl qoyulması faşizmin təbliğatının real göstəricisidir:
“30 ildir ki, Azərbaycan bu faşizmin real fəaliyyəti ilə üz-üzə qalıb və bu gün bizim mübarizəmizin bir forması da faşizm ideologiyası ilə mübarizədir. Ermənilər belə heykəllər ilə öz dəyərlərini qabardırlar”.
Rusiyanın bəzi şəhərlərində də Nejdenin heykəllərinin olduğunu deyən millət vəkili qeyd edib ki, əslində Rusiyada faşzmin təbliğatı qanunvericilik baxımından qadağan olunub:
“Ola bilər ki, sülhməramlılar bunu başa düşmürlər. Amma Rusiya sülhməramlıları öz ölkələrinin qanunlarına riayət etməlidir”.
Rusiya sülhməramlılarının qanunla qadağan edilən heykəlin Azərbaycanda qurulmasına gözardı yanaşmasına gəlincə, A.Mollazadə bildirib ki, buna qarşı tədbirlər görülməli və bütün dünyanın diqqəti buna cəlb edilməlidir.....
T.Qafarlı
Versus.Az
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə