Partiya  Fransa ziyanın yarısından qayıdır - Bakı və Ankaraya mesajlar-
Paris niyə geridönüş etdi, niyə həm Azərbaycanın, həm də Türkiyənin üzərinə edilən basqılar birdən-birə dəyişdi?
Fransanın Azərbaycan və Türkiyə ilə yaratdığı buzlar əriməyə başlayır. Rəsmi Paris iki qardaş ölkəyə yönəlik dostluq, barış mesajları göndərməkdədir. Hər kəsə məlumdur ki, Fransanın 44 günlük II Qarabağ savaşı zamanı, eləcə də müharibə bitəndən sonra sərgilədiyi mövqe (prezident Emmanuel Makronun mövqeyi, Fransa Senatının “Dağlıq Qarabağ Respublikası”nı tanıması və.s) Azərbaycan tərəfin ciddi narazılığına səbəb olmuşdu. Rəsmi Paris eyni zamanda Türkiyəni də hədəf seçmiş və ölkələrarası münasibətləri gərginləşdirən bəyanatlar vermişdi.
Amma indi belə görünür ki, Fransa Azərbaycanın və Türkiyənin regionda ciddi rolunu anladı və ziyanın yarısından qayıtmağa qərar verdi. Azərbaycanda çoxdan fəaliyyət göstərən Fransanın «Total» şirkətinin rəhbərliyinin ardınca dövlət naziri Jan Batist Lemuanın Bakı səfəri, işğaldan azad edilən regionlarda Fransa şirkətlərinin işləməsi barədə razılıq əldə edilməsi, Makronun “Əziz Tayyib” deyərək Türkiyə prezidentinə görüş üçün məktub göndərməsi deyilənlərə sübutdur. Fransanın 180 dərəcə dəyişməsi çoxsaylı sualların əsasını qoyub.
Fransa niyə geridönüş etdi, niyə həm Azərbaycanın, həm də Türkiyənin üzərinə edilən basqılar birdən-birə dəyişdi? Bu, şəxsən Makronun ermənilərə görə yol verdiyi yanlışlığın düzəldilməsi, korrektəsidirmi?
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə sualları bu cür cavabladı: “Fransa öz siyasətində bir sıra səhvlər buraxmışdı. Azərbaycana aid olan Ermənistanla bağlı münaqişə ilə əlaqədar Fransadakı çox güclü, zəngin erməni diasporasının müəyyən qədər siyasi korrupsiya fəaliyyəti nəticəsində bu ölkənin parlamentində ölkəmizə qarşı beynəlxalq hüquq normalarına, həmsədr mövqeyə zidd olan qərarlar qəbul edilmişdi. Bunun əsas səbəbi onunla bağlıdır ki, Fransada siyasətə təsir etmək gücündə olan çox zəngin, təşkilatlanmış erməni lobbi qrupları həm Azərbaycana, həm də Türkiyəyə qarşı nifrət sərgiləyərək, ölkədəki mövcud korrupsiya mühitindən istifadə edərək belə haqsız qərarların qəbul edilməsinə nail oldular. Bu gün belə səhvlər təbii olaraq Fransanın özünə ziyan gətirir. Eyni zamanda bu onun dövlət maraqlarına, normal münasibətlərinə zərbə vurmaqla yanaşı, beynəlxalq hüquq normalarına zidd hərəkətləri imicini zədələyir. Fransa ilə bağlı bir neçə vacib məqamı da qeyd etmək istərdim ki, bu ölkədə anti-İslam, rasizm meylləri durmadan artmaqdadır. Bütün ekranlarda polisin qara dərili jurnalisti vəhşicəsinə döyməsi kadrlarını izlədik. Bunun özü də rəsmi Parisin imicinə böyük zərbə vurdu”.
Asim Mollazadə: "Məmur özbaşınalığı Azərbaycanın ən böyük problemlərindən biridir"
Asim Mollazadə
Deputat rəsmi Parisin bir sıra cəhdlərini imicini bərpa etməklə əlaqələndirir: “İndi Fransa çalışır ki, hansısa geri addımlar ataraq, imicini bərpa etsin, bölgəyə dəymiş ziyanı aradan qaldırsın. Onun üçün də həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərdə hansısa geri addımlar atmaq istəyir. Mənə elə gəlir ki, burada əsas məqam onunla bağlıdır ki, erməni diasporası fəaliyyət göstərdiyi ölkələrin maraqlarına zidd qərarların qəbul edilməsinə nail olur. Nəticədə bu ölkələr ziyan çəkirlər. Bir səbəb də onunla bağlıdır ki, Fransanın daxilində siyasi proseslər o yerə gəlib çatıb ki, qarşıdurma getdikcə daha da artır. Bu qarşıdurma nəticəsində görürsünüz ki, ölkənin paytaxtında, bir sıra şəhərlərdə etirazçılara hüquq-mühafizə orqanlarının zorakılığı böhranı daha da dərinləşdirir. Çox güman ki, bu proseslər getdikcə dərinləşəcək. Onun üçün də Fransa iqtisadi nöqteyi-nəzərdən ona sərf edən ölkələrlə münasibətləri yenidən bərpa etmək istəyir. Çünki buna qədər aparılan siyasət ölkənin iqtisadiyyatına da ciddi zərbə gətirib”....
Cavanşir ABBASLI
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə