Partiya  Deputat Asim Mollazadə: “Rusiyaya qarşı sanksiya təhdidləri söz olaraq qalacaq”-
“Navalnının həbsində uduzan tərəf öz xislətini açıq şəkildə ortaya qoyan Putin hakimiyyəti oldu. Onu həbs etməklə düşündülər ki, ölkədə getdikcə genişlənən etiraz dalğasının qarşısını ala bilərlər”.
Bunu “Toplum TV”-yə açıqlamasında “Müdafiə Xətti”nin həmtəsisçisi Zaur Əkbər deyib.
Fevralın 2-də Moskvanın Simonov rayon məhkəməsi müxalifət lideri Aleksey Navalnının “İv Roşe” işi üzrə şərti cəzasını 3,5 illik azadlıqdan məhrumetmə cəzası ilə əvəzləyib.
ABŞ, Böyük Britaniya, Almaniya və Fransa prezidenti şəxsən özü Navalnının azad olunmasını tələb ediblər. Avropa Şurasının insan haqları üzrə komissarı Dunja Miyatoviç məhkəmə hökmünün ədalətsiz olduğunu bir daha xatırladıb. ABŞ senatoru Mitt Romni Rusiyaya qarşı sanksiyalar haqqında yeni qanun layihəsi hazırladığını açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyi isə Navalnının həbsinə etiraz edənlərin hamısına öz problemləriylə məşğul olmağı tövsiyə edib.
Milli Məclisin deputatı Asim Mollazadə Rusiyada aksiyaların davam edəcəyini istisna etmir: “Navalnının həbsinə etiraz aksiyaları kütləvi xarakter daşımır və hüquq-mühafizə orqanları asanlıqla onların qarşısını alır. Ölkədə üsyançı canlanma var, siyasi mübarizə gedir. İstisna deyil ki, bu mübarizə müvafiq qrupları maraqlandırır və onlar da prosesdə iştirak edirlər. Həbs qərarından sonra da bu nümayişlər davam edə bilər, amma kütləviliyi barədə danışmaq çətindir”.
A.Mollazadə Rusiyaya qarşı beynəlxalq sanksiyaların effektsiz olacağını düşünür: “Sanksiyalar onsuz da var idi, daha da genişlənəcəyini gözləmirəm, çünki burada Qərbin də öz maraqları var. Məsələn, “Şimal axını-2” layihəsində Almaniyanın və digər Avropa ölkələrinin bir sıra siyasətçiləri Rusiyanı dəstəkləyirlər. Ona görə də mən sanksiya təhdidlərinin söz olaraq qalacağını, sadəcə bəyanatlar şəklində davam edəcəyini düşünürəm. Ola bilsin, ABŞ bəzi rus oliqarxlarına sanksiyalar tətbiq etsin, amma ümumilikdə bunun ciddi nəticələri olmayacaq”.....
Toplum.tv
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə