Partiya  Oliqarx məmurlar üçün yolun sonu görünür-

Asim Mollazadə: “Bu təfəkkürlü məmurların ölkənin gələcəyində yerləri yoxdur”


Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirakı çərçivəsində Azərbaycan Televiziyasına (AzTV) müsahibə verib və ölkə başçısının müsahibəsi cəmiyyətdə ciddi rezonans doğurub. O, müsahibəsində bir neçə qurumun adını çəkərək, onlara sərt xəbərdarlıq edib.


Prezidentin bu çıxışından sonra cəmiyyətdə belə gözləntilər yaranıb ki, adları çəkilən qurumların rəhbərləri tezliklə vəzifələrindən uzaqlaşdırılacaqlar. Həmçinin, bir çox siyasətçilər, ekspertlər də sosial şəbəkələrdə başlanan müzakirələrdə əsas vurğunu ona yönəldiblər ki, bu çıxış həm də Prezidentin yeni idarəçilik modelinə keçid aldığının anonsu sayıla bilər.


Prezident Əliyev müsahibəsində Mərkəzi Bankın, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA), AZAL-ın, Dövlət Gömrük Komitəsinin, Fövqaladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin rəhbərlərinin Şuşada regional filiallar, mərkəzlər açmaq üçün ona müraciət etdiklərini bildirib və bunun mümkünsüz olduğunu deyərək, məmurlardan öz işləri ilə məşğul olmalarını tələb edib. Belə ki, ölkə başçısı Şuşanı mədəniyyət paytaxtı elan etdiyini, məmurlar paytaxtı elan etmədiyini bildirirək, məmurlara onu əsəbləşdirməmələri ilə bağlı xəbərdarlıq edib......


......Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə AYNA-ya açıqlamasında deyib ki, ölkə rəhbərinin məmurlara yönəlik belə mesajları birinci dəfə deyil: “Ölkədə ciddi islahatlar həyata keçirilir. Düzdür, Vətən müharibəsi zamanı müəyyən səbəblərə görə, bu proses bir qədər dayanmışdı, lakin indi ölkədə yeni hədəflər var. Bu hədəflərin arasında həm Qarabağın dirçəldilməsi, həm iqtisadiyyatın ciddi şaxələnməsi, həm ölkəni inkişaf etdirmək və s. nəzərdə tutulur. Sözügedən məmur ordusu və məmur özbaşınalığı isə bu prosesləri ləngidə və çox ciddi maneələr törədə bilər. Ona görə də Prezidentin vaxtında və sərt formada ifadə elədiyi fikirlər ölkədə islahatların davamına və buna mane olanlara ünvanlanıb”.


“Əslində, məmur təbəqəsinin vəzifəsi yerində oturmaq əvəzinə, xalqa xidmət etməkdən ibarət olmalıdır. Bunu edə bilməyən məmurlar isə öz vəzifələri ilə vidalaşamlıdırlar. Çünki ölkədə, eyni zamanda nəsil dəyişikliyi gedir və yeni nəsillər, yeni idaərəçilər də proseslərdə iştirak etməlidirlər. Bu proseslərdə isə müasir texnologiyalardan istifadə edilməlidir ki, bunu da yeni idarəçilər həyata keçirməlidir. Ona görə də köhnə, Sovet təfəkkürü ilə yaşayan, düşünən məmurlara müasir, gələcək Azərbaycanda yer yoxdur”, - deputat bildirib.


Mollazadənin fikrincə, Prezidentin müsahibəsindən əldə edilən mesaj təkcə məmurlara xəbərdarlıqdan ibarət deyil, mesajın həm də sistemli dəyişikliklərlə bağlıdır: “Bu sistemli dəyişikliklərdə isə idarəetməyə uyğun olan şəxslər çalışacaqlar. Bunu bacara bilməyən köhnə təfəkkürlü, özləri barəsində böyük düşünən məmurların isə təbii ki, Azərbaycanın yeni idarəetmə sistemində yerləri olmayacaq. Bu proses hansı tempdə olacaq, necə dəyişəcək, bu da bilavasitə dövlət başçısının səlahiyyətindədir. Lakin mən əminəm ki, onun bəyan eldiyi islahatlar prosesi inamla davam edəcək. Necə ki, biz Vətən müharibəsi dövründə Prezidentin bəyan elədiyi və xalqla açıq danışdığı məsələrin öz həllini tapdığını gördük, əminəm ki, Qarabağın bərpası, ölkədə islahatların və iqtisadiyyatın şaxalənməsi istiqamətində olan addımlar da inamla və uğurla öz həllini tapacaq. Nəticədə isə adları çəkilən və islahatlarla ayaqlaşa bilməyən məmurlar vəzifələri ilə vidalaşacaqlar. Təbii ki, bu vida mərasiminin hansı zamanda olacağını deyə bilmərəm, bu, ancaq Prezidentin səlahiyyətinə aiddir. Lakin bir şeyə əminəm ki, bu proses inadla davam edəcək”.


Müəllif: Mərahim Nəsib

3 Fevral 19:18 Ayna.az

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə