Partiya  "3 milyardlıq büdcə kəsiri iki dəfə azalacaq..." - Neftin bahalaşmasından gözləntilər-
Son həftələr dünya birjalarında neftin qiyməti yüksəlməkdə davam edir. Fevralın 8-də "Brent" neftinin aprel fyuçerslərinin qiyməti 0.77 faiz bahalaşaraq bir barrel üçün 60.01, WTI markasının mart fyuçersləri isə 1.18 faiz artaraq 57.53 dollara çatıb.
Azərbaycanın 2021-ci ilin dövlət büdcəsində isə neftin orta qiyməti 40 dollar götürülüb. "Qara qızıl"ın bahalaşması Azərbaycanın iqtisadi həyatına nə vəd edir? Büdcəyə yenidən baxıla bilərmi?
Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Asim Mollazadə "Turan" agentliyinə bildirib ki, dünya bazarında neft qiymətlərinin son artımı bir neçə faktordan asılıdır: "Son vaxtlar neft qiymətinin dəyişməyinin ən əsas səbəbi Çində iqtisadi canlanmadır. Bununla yanaşı, ABŞ-ın enerji ehtiyatlarının azalması da öz təsirini göstərib".
Deputat qeyd edib ki, neft qiymətlərinin eyni templə artması və ya indiki səviyyədə qalması koronavirus pandemiyasından sonra dünyada gedən bərpa prosesinin sürətindən asılı olacaq.
Komitə üzvü vurğulayıb ki, "qara qızıl"ın bahalaşması Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək: "Bu gün Azərbaycanın qarşısında duran ən əsas vəzifə Qarabağın bərpasıdır. Kommunikasiya sistemlərin, infrastrukturun bərpası istiqamətində artıq işlər gedir. Ümumiyyətlə, yaxın illərdə Azərbaycan iqtisadiyyatı məhz enerji və Qarabağın bərpası işlərinin hesabına inkişafa doğru gedəcək".
A.Mollazadə hesab edir ki, neft qiymətinin artımı büdcəyə yenidən baxılmasına gətirib çıxarmayacaq: "Belə vəziyyət dəfələrlə yaranıb, bu, birinci dəfə deyil. Mənə elə gəlir ki, büdcəyə yenidən baxılmayacaq. Sadəcə, neft qiymətlərinin artımı büdcə kəsirini azaltmasına imkan verəcək".....
....Azərbaycanın 2021-ci ilin dövlət büdcəsində isə neftin orta qiyməti 40 dollar götürülüb. "Qara qızıl"ın bahalaşması Azərbaycanın iqtisadi həyatına nə vəd edir? Büdcəyə yenidən baxıla bilərmi?
Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Asim Mollazadə "Turan" agentliyinə bildirib ki, dünya bazarında neft qiymətlərinin son artımı bir neçə faktordan asılıdır: "Son vaxtlar neft qiymətinin dəyişməyinin ən əsas səbəbi Çində iqtisadi canlanmadır. Bununla yanaşı, ABŞ-ın enerji ehtiyatlarının azalması da öz təsirini göstərib".
Deputat qeyd edib ki, neft qiymətlərinin eyni templə artması və ya indiki səviyyədə qalması koronavirus pandemiyasından sonra dünyada gedən bərpa prosesinin sürətindən asılı olacaq.
Komitə üzvü vurğulayıb ki, "qara qızıl"ın bahalaşması Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək: "Bu gün Azərbaycanın qarşısında duran ən əsas vəzifə Qarabağın bərpasıdır. Kommunikasiya sistemlərin, infrastrukturun bərpası istiqamətində artıq işlər gedir. Ümumiyyətlə, yaxın illərdə Azərbaycan iqtisadiyyatı məhz enerji və Qarabağın bərpası işlərinin hesabına inkişafa doğru gedəcək".
A.Mollazadə hesab edir ki, neft qiymətinin artımı büdcəyə yenidən baxılmasına gətirib çıxarmayacaq: "Belə vəziyyət dəfələrlə yaranıb, bu, birinci dəfə deyil. Mənə elə gəlir ki, büdcəyə yenidən baxılmayacaq. Sadəcə, neft qiymətlərinin artımı büdcə kəsirini azaltmasına imkan verəcək"......
Qaynarinfo.az
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə