Partiya  Türkiyə, İran və Gürcüstan deputatları Qarabağa səfər edəcək? – Dostluq qruplarının üzvləri ilə SORĞU-
Azərbaycanın Vətən Müharibəsindəki qələbəsindən sonra azad olunmuş ərazilərdə 30 il davam edən erməni vəhşiliyini dünya öz gözləri ilə gördü. Ölkəmizdə akkreditə olunmuş diplomatik korpusların nümayəndələri, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlıya gələrək məscidlərin dağıdılması, qəbirstanlıqların şumlanması, dəmir yolu relslərinin sökülərək Ermənistana daşınması faktları ilə yerindəcə tanış oldular.
Xarici səfirlərlə yanaşı, parlament diplomatiyası çərçivəsində müxtəlif ölkələrin deputat qruplarının da azad olunmuş ərazilərə səfəri təşkil olunur. Məsələn, 2020-ci ilin dekabrında İtaliyadan olan deputat qrupu azad olunmuş Ağdam rayonuna səfər etmişdi.
Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, digər deputatlar müşayiət edib.
Bəs Milli Məclisin digər ölkələrlə parlamentlərarası əlaqələr üzrə işçi qrupları öz həmkanrlarını azad olunmuş əraziləri ziyarət etməyə dəvət edibmi? Azərbaycana daha hansı ölkələrin deputatlarının səfərini gözləmək olar?
Modern.az mövzu ilə əlaqədar ilk olaraq, Türkiyə, İran və Gürcüstanla parlamentlərarası dostluq qruplarının üzvlərinə müraciət edib.
Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü Asim Mollazadə qardaş ölkənin deputatlarının Qarabağda baş verənlərdən məlumatlı olduğunu deyib. Deputatın fikrincə, avropalı deputatların azad olunmuş ərazilərə səfəri xüsusi önəm daşıyır.
"Bizim üçün Qərb və digər dünya ölkələrinin deputatlarının bu cür səfərləri təşkil etmək çox önəm daşıyardı. Qardaş ölkə Türkiyə bizim qədər məlumatlıdır. Amma qardaşlarımızdan belə bir istək olarsa, təbii ki, bu qəbul olunacaq. Prinsipcə bu səfərləri doğru hesab edirəm. Biz qardaş ölkəyik və bütün işlərimiz planlarımız birdir"....
Mehri QURBAN
MODERN.AZ
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə