Partiya  “Bölgədə sülhün bərqərar olması üçün kommunikasiya layihələri vacibdir”-

....Milli Məclisin deputatı Asim Mollazadə Ermənistan məmurlarının daxili siyasətlə bağlı bəyanatlarının hər zaman şübhə doğurduğunu deyir:


“Onların sazişin icrasına müqavimət göstərmək imkanları yoxdur. Saziş imzalanıb və işçi qrup planlaşdırma işləri aparır”.


Asim Mollazadə - Sputnik


A.Mollazadənin qənaətinə görə, bu layihədə bölgənin bütün ölkələri maraqlı olduqlarına görə bu cür boş bəyanatlara inanmaq lazım deyil:


“Dəmir yolunun açılmasında Rusiyanın da marağı var. Bu ona şimal, cənub, qərb, şərq kommunikasiya nəqliyyat dəhliində iştirak imkanı yaradır. Ermənistanda bütün sənaye, nəqliyyat, energetika Rusiyaya məxsus olduğundan o da bu layihəyə öz dəstəyini verir”.


Xatırlatma


Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz - Mehri rayonu 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanıb.


Mehri Şərqdən Zəngilan rayonu, Qərbdən Ordubad rayonu, Şimaldan Qafan rayonu, Cənubdan isə Güney Azərbaycanla həmsərhəddir.


Qarabağ münaqişəsinin başladığı 1988-ci ilə qədər orda azərbaycanlılar da yaşayıblar. 


1991-ci ildə ermənilər azərbaycanlıları rayonun Nüvədi kəndindən də qovandan sonra Azərbaycanın Naxçıvanla quru əlaqəsi kəsilib.


2020-ci il noyabrın 10-da imzalanmış sülh bəyanatında Naxçıvanla Azərbaycan arasında kommunikasiya əlaqəsinin bərpası şərti də var.


Bəyanatın şərtlərinə görə, Ermənistan tərəfi vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Bu şərt  Naxçıvanla Azərbaycanı birləşdirən nəqliyyat dəhlizinin inşasını mümkün edir.


Toplum.tv

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə