Partiya  Prezident İlham Əliyev hakimiyyəti partiyasızlaşdırır-
Sivil dünya idarəetməsində partiyalı hakimiyyətlər hələ çox olsa da, bu siyasət zaman-zaman opponentlərin tənqidlərinə də məruz qalır. Azərbaycanda hakimiyyətdə faktiki YAP sədri olsa da, son illər aparılan partiyasızlaşdırma siyasəti diqqət çəkir. Təsadüfi deyil ki, son üç ildə hakimiyyətdə aparılan kadr dəyişikliyində YAP kadr bankı rolunu oynaya bilməyib. Mühüm dövlət postlarına irəli çəkilən gənclərin əksəriyyəti partiyasızdır.
YAP üzvü olan bir neçə dövlət məmuru isə hakim partiyanın rəhbər strukturlarında təmsil olunmurlar. Məsələn, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, xarici işlər naziri Ceyhun Bayramov, kənd təsərrüfatı naziri İnam Kərimov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Anar Kərimov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Qida Təhlükəsizliyi Agentliyinin direktoru Qoşqar Təhməzli, TƏBİB-in icraçı direktoru Ramin Bayramlı heç biri hakim partiyanın üzvü deyillər.
Bu həm də o deməkdir ki, iqtidarda partiyalılıq öndə deyil, əsas siyasət xalqa və dövlətə xidmətdir. Ümumiyyətlə, hakim partiyanın “kadr bankı zəifləyib” kimi iddialar da var. O baxımdan Prezident daha çox partiya mənsubiyyəti olmayan, xarici təhsilli kadrlara üstünlük verir.
Amma bu fikri bölüşməyənlərin fikrincə, idarəetmədə yeni baxış ondan ibarətdir ki, hökumət yalnız hakim partiyadan formalaşdırılmır.
İqtidar bu monotonluqdan imtina edib, dövlət idarəçiliyinə töhfə verəcək kadrlarla işləməyi üstün tutur. Bundan əlavə, ekspertlərin fikrincə, YAP-çı gənclər də önə çıxa bilmirlər, az sayda partiyadan gənc fiqur göstərmək olar ki, ictimai-siyasi həyatda özünü təsdiqləyib, mətbuatda, telekanallarda hakimiyyətin mövqeyini müdafiə edirlər. Halbuki əvvəllər partiyanın məşhur simaları, adları ilə tanınan üzvləri, öndə olan fiqurları var idi. Onlar müxalifətlə dartışmalara qatılırdı, maraqlı açıqlamalar verirdilər.
Bəs hakimiyyətin partiyasızlaşdırma siyasəti gələcəkdə YAP-ın özünü əhəmiyyətsizləşdirə bilərmi? Hakim partiya funksionerləri bu arqumentləri bölüşürlərmi?
Asim Mollazadə ile ilgili görsel sonucu
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Prezident partiya faktoruna yox, peşəkarlığa üstünlük verir. Onun sözlərinə görə, ölkədə islahatlar davam edəcək və dərinləşəcək: “Dövlət idarəetməsinin hər pilləsində əsas prinsip kimi islahatların reallaşdırılması qəbul edilib. Mən daha dərin islahatlar gözləyirəm.Bu, bütün sahələri əhatə etməlidir, dövlət idarəetməsi daha da təkmilləşməlidir”.
A.Mollazadə hakim partiyanın nüfuzu ilə bağlı şərh vermək istəməsə də, hesab edir ki, dövlət idarəetməsində islahatlar aparılır və diqqət buna ayrılmalıdır: “Ona görə də Prezident peşəkarlığı, bilik və bacarağı üstün tutur”......
Emil SALAMOĞLU
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə