Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim
Mollazadə İsrailin sabiq prezidenti Şimon
Peresin vəfatı münasibətilə bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri Dan Stava başsağlığı məktubu göndərib.
“Şimon
Peres nəinki İsrailin, dünya tarixinin ən görkəmli siyasətçilərindən biri, uzun
illər dost yəhudi xalqının inkişafına və idarə edilməsinə öz töhfələrini vermiş əvəzsiz insan idi. Biz onu Azərbaycan
xalqının böyük dostu hesab edir və həyatdan gedişini kədərlə qarşıladığımızı
bilmənizi istəyirik.” – deyə Asim Mollazadənin başsağlığı məktubunda
bildirilir.
Millət vəkili bu ağır itki münasibətilə səfirə, mərhumun doğma və
yaxınlarına, dost İsrail xalqına başsağlığı verib.
|