Partiya  “Dostluq” layihəsində niyə Azərbaycanın payı Türkmənistandan azdır?-
Bakı/19.02.21/Turan: Fevralın 18-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Qanun layihəsini müzakirə edərək parlamentə təqdim edib.
Layihəyə əsasən, “Dostluq” yatağının karbohidrogen resursları 30% Azərbaycana, 70% Türkmənistana nisbətində bölüşdürüləcək.
Sənədə görə, “Dostluq” yatağından çıxarılmış beynəlxalq bazara ixrac üçün nəzərdə tutulmuş karbohidrogen resurslarının daşınması Azərbaycanın mövcud olan nəqliyyat tranziti sistemlərinin istifadə edilməsi ilə rəqabətqabiliyyətlilik şərtləri əsasında və beynəlxalq neft-qaz sənayesində qüvvədə olan normalara və təcrübəyə uyğun həyata keçiriləcək.
İllərdir iki ölkə arasında mübahisə predmeti olan, sonda isə barəsində razılıq əldə olunan yatağın resursları niyə bu nisbətdə bölünür? Ümümi qazancın 30 faizini alan Azərbaycan Türkmənistanla imzalanmış Memorandumdan nə əldə edəcək?
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Turan-a bildirib ki, Azərbaycanla Türkmənistan arasında imzalanmış sənəd hələlik memorandumdur. “Pay bölgüsü müvafiq kontrakt imzalananda müəyyənləşəcək. Hələlik təxminən 30 faiz Azərbaycandadır və təbii olaraq, bu pay bölgüsü də yatırımı nəzərdə tutur. Hər zaman pay bölgüsünə uyğun olaraq layihəni həyata keçirmək üçün yatırım da eyni miqdarda olur. Kimin nə qədər yatırıma imkanı varsa, kim işlərin daha böyük həcmini üzərinə götürübsə, təbii ki, pay bölgüsü də ona uyğun aparılır. Amma bütün bu məsələlər müqavilə imzalananda daha dəqiq olacaq, hər bir istiqamətdə dəyişiklik ola bilər”.
Deputatın fikrincə, imzalanmış memorandum böyük əhəmiyyət kəsb edir. “Azərbaycan bu razılaşmadan sonra Orta Asiyanın Avropa ilə enerji məsələlərində aktiv rol oynayacaq, Xəzərin bütün enerji ehtiyatları məhz Azərbaycan vasitəsilə dünyaya çıxacaq və Azərbaycanın nəqliyyat tranziti sistemlərindən istifadə edilməsi bizə əlavə zəruri divident gətirəcək”.
Komitə üzvü qeyd edib ki, uzun illərdir hamının gözlədiyi layihə üçün yaşıl işıq yanıb. “Bu gün artıq bizim region Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayacaq. Bu, Azərbaycanda həyata keçirilən bütün layihələr üçün yeni və ciddi dəstəkdir. Buna sadəcə adi bir layihə kimi baxmaq kifayət eləmir. Bu məsələyə daha geniş baxmaq lazımdır”.....
Turan.az
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə