Partiya  Hərbi cinayətkarların “b” planı: Paşinyan devrilsə, 10 noyabr sənədi necə olacaq? - rəylər-
Ermənistanın baş naziri Nikol Paşinyan əleyhinə aksiyalar tutarlı effekt vermir. Əhalinin böyük hissəsinin onu dəstəklədiyi və kursunu bəyəndiyi görünür. Müxalifətin simalarının keçmiş “Qarabağ klanı”ndan təşəkkül tapması, onların nüfuzunun yerlərdə sürünməsi göstərir ki, ciddi protest elektoratına malik deyillər.
“Yeni Müsavat” yazır ki, Paşinyan isə Qarabağ müharibəsində məğlubiyyətin səbəbini keçmiş prezident Serj Sərkisyan dövründə görür və Rusiyanı ittiham etməkdədir. Onun sözlərinə görə, Ermənistan Azərbaycanla müharibə zamanı “İsgəndər” raketindən istifadə edib, lakin raket partlamayıb.
Baş nazir həmçinin S.Sərkisyanın “məxməri inqilab”dan sonra silahların alınması proqramında dəyişikliklər edildiyi barədə sözlərini də təkzib edib. S.Sərkisyanın hakimiyyəti Paşinyana deyil, Karen Karapetyana verdiyinə dair açıqlamasını şərh edən N.Paşinyan bildirib: “Bu rədd edilmiş necə kiməsə hakimiyyəti verib və ya verməyə bilərdi?”
Paşinyan onu da əlavə edib ki, çoxları sual verir - nə üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Qarabağ müharibəsinə müdaxilə etmədi: “Cavab aydındır: KTMT-nin öhdəlikləri Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsini əhatə edir. Ondan kənarda belə bir öhdəliyi yoxdur”.
Bu sözləri ilə baş nazir Qarabağın Ermənistana aid olmadığını təsdiqləyib. O, kommunikasiyanın açılmasının regiona dayanıqlı sülh gətirəcəyini də söyləyib. Paşinyanın bu mövqeyi gələcəyə hesablanmış fikirlərdir və onun siyasəti Köçəryan-Sərkisyan-Manukunyan qüvvələrini qane etmir. Onlar revanşist arzularla yaşayırlar, yenə də erməni xalqını müharibəyə kökləyirlər, qisas, nifrət və düşmənçiliyi davam etdirirlər.
Son mitinqlər isə isbat edir ki, ermənilər bunu istəmirlər və Qarabağ üçün övladlarını itirmək fikrində deyillər. Ona görə müxalifətin Paşinyan əleyhinə aksiyaları nəticə vermir.
Manukyana görə, baş nazirin güvəndiyi ilk qrup problem qapılarını döyənə qədər dövlətin hansı yolla getdiyini anlamayan vətəndaşlardır:
“Bu vətəndaşlara bu ölkədə nə baş verdiyini və nəyin baş verəcəyini izah etmək bizim borcumuzdur”. Müxalifət lideri güc stukturları ilə bağlı da fikirlər səsləndirib: “İkinci sütun güc strukturlarıdır. Bunlar bəzən öz maraqlarından çıxış edərək dövlət vəzifələrini icra etdiklərinə inanan, bu gücə xidmət edərək Türk-Azərbaycan proqramının mənafeyinə xidmət etdiklərinin fərqində olmayan polislər, Milli Təhlükəsizlik Xidmətidir. Onlara qarşı sərt olmalıyıq, onları inandırmalı və həmişə onlara bir xilas yolu qoymalıyıq.
Əmin olun ki, bütöv bir xalq şəhərdə uzun müddət dayansa, onlar könüllü olaraq xalqa qoşulacaq. Ancaq sərt və inandırıcı olmalısan".
Manukyan Paşinyana güc verən üçüncü qüvvədən də danışıb: “Üçüncü qüvvə, parlamentdə Nikol Paşinyanın dayağı olan millət vəkilləridir. Onlara qarşı sərt, inandırıcı olmalısan və həmişə onlara bir xilas yolu qoymalısan”.
Manukyan qarşıda duran problemləri həll etməyin yollarından birinin də davamlı nümayişlər olduğunu deyib: “Ermənistan qaynamalı, nümayişlər hər gün keçirilməli, şəhər iflic olmalı, tətillər olmalı, maşın konvoyları bütün Ermənistanı gəzməli, insanları etiraz etməyə, insanları birləşdirməyə və birlikdə Nikol Paşinyanın dayandığı sütunları sındırmağa çağırmalıdır. Bunun üçün iş, vaxt lazımdır.
Ancaq “b” planı da var: hər an, istər bu gün olsun, istər bir həftədən, istər on gündən sonra, qiyam yolu ilə ildırım sürəti ilə hakimiyyəti almağa hazır olmalısan".
Əgər müxalif qüvvələrin planları reallaşarsa, Paşinyan devrilərsə, Ermənistanın yeni hökuməti hansı strategiyanı yürüdəcək?
Yeni iqtidar 10 noyabrda imzalanan üçtərəfli bəyanatdan imtina edə bilərmi? Həmçinin Moskvada razılaşdırılan 11 yanvar sazişi, kommunikasiyaların açılması istiqamətində işlər tormozlana bilərmi?
Asim Mollazadə DTX-nın saxladığı qohumundan danışdı
Asim Mollazadə: “Ermənistanda müxalifətin hansısa yolla qiyam qaldırması mümkündür, amma...”
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, müxalifət demokratik yollarla hakimiyyəti dəyişə bilməyəcək. A.Mollazadənin sözlərinə görə, erməni xalqı onların əksəriyyətinin hərbi cinayətkar olduğunu yaxşı bilir: “Keçirilən sorğular da göstərir ki, əhalinin böyük hissəsi müharibə istəmir, erməni əhalisi bundan yorulub.
Bu hərbi cinayətkarlar isə revanş hikkəsi ilə yaşayırlar, müharibəni qızışdırmaq istəyirlər. Ona görə xalqdan dəstək ala bilmirlər". Deputat Ermənistanda müxalifətin hansısa yolla qiyam qaldırmasını istisna etmir: “Amma həmin qüvvələrin qiyama əl atması Paşinyan hökumətinə imkan verəcək ki, onlara qarşı bu halda zor tətbiq edilsin. Ümumiyyətlə, Ermənistanda hakimiyyətin taleyi qeyri-müəyyəndir, bu dövlətin özünün mövcudluğu sual altındadır. Əgər onlar qonşularına qarşı ərazi iddialarına son qoysalar, revanşizmdən imtina etsələr, bəlkə xilas ola bildilər. Ermənistan hərbi əməliyyat istəsə, “dəmir yumruq” yenə onları məhv edə bilər"......
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə