Partiya  Bu, ölkənin yeni siyasi konfiqurasiyasının formalaşmasına xidmət edir-
Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilib. Siyasi partiyaların YAP-a qoşulmaq istəyi YAP-ın xalq partiyası olduğunu sübut edir. Bu cür tendensiyalar eyni zamanda iqtidara olan müsbət ictimai rəyin artmasından da xəbər verir.
6 siyasi partiyanın hakim partiya olan YAP-a qoşulmasına münasibət bildirən millət vəkilləri qeyd ediblər ki, bunu siyasi partiyaların daha səmərəli və təsirli siyasi fəaliyyətə səbəb olacaq qoşulma nümunəsi hesab etmək olar.....
....Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, millət vəkili Asim Mollazadə qeyd edib ki, bir neçə siyasi qüvvələrin hakim partiyaya qoşulması qaçılmaz proses idi: “Azərbaycanda 60-dan çox partiya qeydiyyata alınıb. Yeni Azərbaycan Partiyasının mövqeyini, sosial qrupun istəklərini, fikirlərini ifadə edən siyasi partiyaların birləşməsi yaxşı haldır. Eyni zamanda bu təmərküzləşmə prosesini müsbət hal olaraq qiymətləndirirəm. Bu, ölkənin yeni siyasi konfiqurasiyasının formalaşmasına xidmət edir. Bütün demokratik dünya bu proseslərdən keçir və Azərbaycanda da təbii olaraq bu proses başlayıb”.
Qeyd edək ki, YAP-ın bu gün keçirilən VII qurultayında Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokratik Sahibkarlar Partiyası YAP-a qoşulub.
Akqabay Mıradov
Publika.az
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə