Partiya  Asim Mollazadə: “Hər peşədə Azərbaycan qadınları qabaqcıl olublar, hətta ilk hərbçi qadın azərbaycanlıdır, bu, xalqın böyük dəyəridir”-

......Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Musavat.com-a bildirdi ki, qadınların siyasətdə aktiv rolunu hər zaman dəstəkləyir.

Onun sözlərinə görə, bu, Azərbaycan xalqının dəyəridir: “Azərbaycan türk-islam dünyasında həmişə bu mənada seçilib, lider olub.

Hər peşədə, hər bir istiqamətdə Azərbaycan qadınları tarixən qabaqcıl olublar, hətta ilk hərbçi qadın da azərbaycanlı qadındır. Bu, Azərbaycan xalqının böyük dəyəridir”.

A.Mollazadə qadınların cəmiyyətdə rolunun güclü olmasının, idaretmənin bütün formalarında onların fəal iştirakının, vəzifələr tutmasının tərəfdarıdır: “Bu, ölkənin inkişafına müsbət tendensiya gətirə bilər.

Ona görə Azərbaycan qadınlara səsvermə hüququnda tək müsəlman Şərqində deyil, bir sıra Avropa ölkələrindən, ABŞ-dan irəlidədir. Bu mənada Azərbaycan xanımlarının bütün sahələrdə liderliyi ölkənin inkişafına səbəb ola bilər”.....

Emil Salamoğlu,

Musavat.com

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə