Partiya  Asim Mollazadə: “Bizə ”Böyük qardaş" lazım deyil, Azərbaycan tərəfdaşlıq istəyir və Brüssellə saziş üzərində iş gedir"-
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, Azərbaycan iqtisadi nöqteyi-nəzərdən böyük qurumlardan hansısa yardımlar gözləmir. Onun sözlərinə görə, bu səbəbdən Azərbaycan tərəfdaşlıq və əməkdaşlıq istəyir. Deputat hesab edir ki, Azərbaycan Avropa Birliyi ilə enerji tərəfdaşlığında böyük rol oynayır, bununla yanaşı, qarşılıqlı maraqlar əsasında münasibətləri formalaşdırmaq istəyir. “Belə desək, Azərbaycan öz müstəqilliyinə həssas yanaşır. Bizə ”Böyük qardaş" lazım deyil. Azərbaycanın əməkdaşlığa ehtiyacı var və bir sıra Avropa ölkələri ilə tərəfdaşlıq sazişləri də imzalanıb. Eyni zamanda Brüssellə saziş üzərində iş gedir, əminəm ki, həmin sənəd asılılıq yox, sərbəstlik və tərəfdaşlıq yaradacaq. Bizim marağımız bundan ibarətdir" - deyə, A.Mollazadə vurğuladı.
Deputat qeyd etdi ki, Azərbaycan AB ölkələri ilə humanitar, təhsil və başqa sahələrdə əməkdaşlıq edir: “Ümidvaram ki, bu əməkdaşlıq müvafiq sənəddə də öz əksini tapacaq. Digər ölkələrə gəlincə, hər şeyi müşahidə etmək imkanımız var. Bəziləri etiraf edirlər ki, Avropa Birliyinə daxil olmaq və güzəştlər onların maraqlarına uyğun olmayıb, problemlərə gətirib çıxarıb. Məsələn, Mərkəzi Avropa ölkələrinin Brüssellə münasibətlərini nümunə gətirə bilərəm. Bu problemlər Brüsselin üzərinə böyük rəhbərlik hüququ qoyur, böyük olmayan dövlətlərin maraqları nəzərə alınmır. Bu da Avropa skeptizminə səbəb olur. Çünki Avropa Birliyinin bürokratikliyi müəyyən şeyləri diktə edir, Brüsselin bəzi ölkələrlə gərginliyinə gətirib çıxarır. Azərbaycanın isə müstəqil siyasət yürütmək imkanları genişdir”.
Rusiya amilinə gəldikdə, A.Mollazadə bildirdi ki, həmin ölkələrin Kremllə münasibətlərində gərginliyə səbəb daha çox AB deyil, NATO ilə sazişlər, üzvlük müraciətləri olur: “Misal üçün Ermənistan bir neçə dəfə oyunlar oynadı. Rusiya iqtisadiyyatından tam olan ölkənin səyləri Rusiyada qıcıq oyatdı”.....
Emil SALAMOĞLU
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə