Partiya  Asim Mollazadə İsrailə başsağlığı verdi-

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə İsrailin sabiq prezidenti Şimon Peresin vəfatı münasibətilə bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stava başsağlığı məktubu göndərib.

“Şimon Peres nəinki İsrailin, dünya tarixinin ən görkəmli siyasətçilərindən biri, uzun illər dost yəhudi xalqının inkişafına və idarə edilməsinə öz töhfələrini  vermiş əvəzsiz insan idi. Biz onu Azərbaycan xalqının böyük dostu hesab edir və həyatdan gedişini kədərlə qarşıladığımızı bilmənizi istəyirik.” – deyə Asim Mollazadənin başsağlığı məktubunda bildirilir.

Millət vəkili bu ağır itki münasibətilə səfirə, mərhumun doğma və yaxınlarına, dost İsrail xalqına başsağlığı verib.

Qaynarinfo.Az

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə