Partiya  Dünyaya mesaj: “Ermənistan xilas yolu axtarırsa, Zəngəzur dəhlizini açsın”-
SOCAR və "Qazprom Export" şirkəti Rusiya qazının nəqli üzrə qısamüddətli müqavilə imzalayıb. Bu, "Şimali Qafqaz – Zaqafqaziya" qaz kəmərində planlı təmir işləri zamanı Ermənistandakı istehlakçılara qaz tədarükünün (Azərbaycan ərazisi ilə – red.) davam etdirilməsinə imkan verəcək. Yəni Rusiya qazı Ermənistana müvəqqəti olaraq Azərbaycan ərazisi ilə nəql olunacaq.
Məlumata görə, iki tərəf arasında müqavilə martın 16-da imzalanıb. Müqaviləyə əsasən, sözügedən qaz kəmərinin Rusiya hissəsində aparılacaq planlı profilaktik təmir işləri zamanı qaz istehlakçılara Azərbaycan ərazisi ilə Gürcüstan sərhədinədək çatdırılacaq. Qeyd olunur ki, təmir işləri üç həftəyə yaxın davam edə bilər. İşlər bitdikdən sonra qazın nəqli əvvəlki marşrutla – Rusiya və Gürcüstan sərhədindən nəql ediləcək....
......Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə düşünür ki, bu, bizim konstuktiv mövqeyimizin təzahürüdür:
“Azərbaycan noyabrın 10-da imzalanmış bəyanatda nəzərdə tutulmuş sülhü təmin etməkdən ötrü hər şeyi edir. Münaqişə bizim üçün artıq tarix olub. Biz regionda sülh, sabitlik istəyirik. Dünyaya verdiyimiz mesaj da belədir.
Ermənistan isə xilas yolu axtarırsa, Zəngəzur dəhlizini açmalıdır. Bu, onun özünə xeyirdir”.
Şərq.az
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə