Partiya  Gürcüstanın yoxluğu yeni birliyin yaranmasına maneə olacaq? – Rəylər-
Gürcüstanın xarici işlər naziri David Zalkaliani bu günlərdə verdiyi açıqlamada ölkəsinin regionda yaranmış son durum fonunda haqqında söhbət gedən Azərbaycan, Türkiyə, İran, Rusiya, Ermənistan və Gürcüstandan ibarət "altılıq” formatında iştirakını mümkünsüz hesab edib. Bunu o, Gürcüstan ərazisinin bir hissəsinin Rusiya tərəfindən ilhaq edilməsilə əlaqələndirib. Əvəzində o, Azərbaycan, Gürcüstan və Ermənistandan ibarət "üçlük” formatını təklif edib.
Görəsən, Tiflisin sözegedən "altılıq” formatından imtina etməsi həmin layihənin gerçəkləşməsinə maneə ola biləcək, ya yox?....
....."Əməkdaşlıq müəyyən dərəcədə məhdudlaşa bilər, amma ümumi mənada bu, əməkdaşlıq formatına maneə yaratmayacaq”
Bu sözləri isə sayta Milli Məclisin deputatı Asim Mollazadə deyib: "Azərbaycanla Gürcüstan gözəl münasibətlərə malikdir. Anoloji münasibət Tiflislə Ankara arasında da mövcuddur. Problem Gürcüstan Rusiya münasibətlərilə bağlıdır. Bu mənada Tiflisin Moskva ilə əməkdaşlığının alınmaması təbiidir. Ona görə düşünürük ki, bu istiqamətdə əməkdaşlıq məhdudlaşdırıla da bilər. Amma bu hal ümumi mənada sülh və əməkdaşlıq formatının yaradılmasına manerəçilik törətməyəcək”.
Elçin
Sfera.az
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə