Partiya  Asim Mollazadə: “Azərbaycana qarşı “səlib yürüşü” başladılıb”-
Almaniyanın iki qardaş ölkəyə-Türkiyə və Azərbaycana qarşı qərəzli münasibəti davam edir. Son vaxtlar bu ölkədə antitürk əhval-ruhiyyəsi daha da artıb, məscidlərə hücum çoxalıb. Baxmayaraq ki, bu ölkədə yaşayıb işləyən türklərin sayı 2 milyondan çoxdur.
Alman mediasında iki ölkənin hədəfə götürülməsi şübhəsiz ki, Türkiyə-Azərbaycan birliyinin də hədəfə alınması anlamına gəlir.
Türkiyənin müharibədə Azərbaycana birmənalı dəstəyi, Qafqazda mövqelərini möhkəmlətməsi, həm də Rusiya ilə regionda ciddi projelərə qoşulması Avropanı, eləcə də onun iqtisadi nəhəngi Almaniyanı niyə narahat etsin? Əsas yaranan suallardan biri budur.
Ekspertlər hesab edirlər ki, Türkiyə və Azərbaycanın təzyiqlərə birgə dayanmaq strategiyası hazırlanmalıdır, xarici siyasətdə bu cür birgə hərəkətlilik həyati qədər mühümdür.
Azərbaycana son vaxtlar Qərbdən gələn təzyiqlər də artıb. Burada ABŞ-ın yeni administrasiyasının payı nə qədərdir?
İddialara görə, Avropadakı ‘’daşları’’ məhz Amerikanın yeni prezidenti Co Baydenin yeni administrasiyası oynadır. Eyni ilə Obama dövründəki kimi, Vaşinqton Avropadakı təsir rıçaqlarını işə salır, özü isə hakim kimi, kənarda qalır. Bakını həm ABŞ, həm də Rusiya ilə yaxın əlaqələri olan Almaniya media və siyasət brokerləri hədəfə götürüb......
.......İşçi qrupunun daha bir üzvü, Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadənin də bu barədə fikirləri maraqlıdır: “Almaniya dövlətinin və hökumətinin mövqeyində heç bir şey dəyişməyib. Dəyişən odur ki, Avropada korrupsiyaya bulaşmış jurnalistlərdən istifadə edən erməni lobbisi Azərbaycana qarşı yeni hücum dalğası başladıb. Erməni mafiyasının güclü olduğu yerlərdə bu işi görürlər, jurnalistlərlə yanaşı korrupsiyaya bulaşmış siyasətçilərdən də burada istifadə olunur. Bəzi qüvvələr var ki, Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı uğurlarını həzm edə bilmirlər. Bilirsiniz ki, artıq TAP, TANAP layihələri yekunlaşıb. Bundan əlavə, Azərbaycanın Türkmənistanla məlum sazişindən qorxuya düşənlər də var. Bir sözlə Azərbaycana qarşı “səlib yürüşü” başladılıb”.
Siyasi şərhçi Əhəd Məmmədli: “Almaniya mediasında anti-Azərbaycan əhval-ruhiyyəsinin artma səbəbi təbii ki, Türkiyədir. Türkiyənin son illərdə atdığı addımlar Almaniyada anti-türk ritorikasını gücləndirib. Rəsmi Ankaranın Rusiyadan aldığı S-400-ləri, eləcə də, Liviya, Suriya, Yaxın Şərqdə və digər yerlərdəki fəaliyyətini Berlin həzm edə bilmir. Son olaraq, Qarabağla bağlı qardaş ölkənin qətiyyətli mövqeyi də burada əsas səbəblərdən biri kimi qəbul olunmalıdır. Avropa ciddi şəkildə narahatdır. Fransa və Almaniya Türkiyənin simasında özlərinə ciddi rəqib görürlər. Bu rəqibin sıradan çıxmasına çalışırlar. Azərbaycanın Türkiyənin yanında olması onu hədəfə çıxarıb. Amerikada demokratların, yəni Co Baydenin hakimiyyətə gəlişindən sonra xarici siyasətə ciddi üstünlük veriləcəyini gözləmək olar. Barak Obama dövrünü götürsək, bunu söyləmək mümkündür. Onu da deyim ki, Almaniyada çox ciddi türk nüfuzu var. Bu üstünlük işə salınmalıdır. Azərbaycan və Türkiyə lobbisi bir yerdə hərəkətə keçməlidir. Siyasi və digər çevrələrdə almanların Türkiyə və Azərbaycanın tərəfində olmalarına çalışılmalıdır. Bu mümkünsüz deyil. Sadəcə bunun müxtəlif metodları var. Lobbimiz üzərinə burada çox iş düşür”.
Cavanşir ABBASLI
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə