Partiya  İlham Əliyev ölkəni necə dəyişdi - son prezident seçkisindən ötən 3 ilin xronikası-
2018-ci il 11 aprel prezident seçkisindən 3 il ötür. Növbəti dəfə böyük səs çoxluğu ilə Azərbaycan prezidenti seçilən İlham Əliyev seçki zamanı vəd etdiyi islahatları sürətlə icra etməyə başladı.
2018-ci ildən aparılan sosial-iqtisadi islahatlar hökumətin tərkibinin kəskin dəyişməsi ilə yadda qaldı. Prezident seçkisindən sonra Nazirlər Kabinetinin tərkibi sürətlə yenilənməyə başladı. Baş nazir Artur Rəsizadə, müavini Abid Şərifov, Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı, Diasporla iş üzrə Dövlət Komitəsinə rəhbərlik edən Nazim İbrahimov 2018-ci ilin “qurbanları”dır. Onlardan başqa, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, “Azərenerji” sədri Etibar Pirverdiyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Binəqədi rayon icra başçısı Xaləddin İskəndərov da vəzifəsini itirdi. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov baş nazirin müavinləri təyin olunsalar da, öz mövqelərini əhəmiyyətli dərəcədə itirdilər.
Növbəti ildə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov postunu itirdi. DTX-nın apardığı əməliyyatlarla bir neçə rayonun icra başçısı işdən çıxarıldı, bəziləri həbs edildi.
2020-ci il isə daha çox pandemiya ilə mübarizə və 44 günlük Vətən müharibəsində qazanılan qələbə ilə yadda qaldı. Ali Baş Komandan Prezident İlham Əliyev son 2 əsrdə ilk dəfə torpaqları geri qaytaran sərkərdə kimi tarixə düşdü. Həmçinin müharibədən sonra orduda da “təmizləmələr” aparıldı.
Asim Mollazadə: “Qələbədən sonra Azərbaycanı dünya daha yaxşı tanımağa başladı, xalqımıza hörmət artdı”
Prezident seçkisindən ötən 3 ili dəyərləndirən deputat Asim Mollazadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, seçkidən sonra ciddi islahatlar prosesi başladı: “Onun nəticəsində idarəetmə sistemində nəsil dəyişikliyi başladı, müasir təfəkkürlü insanlar bu işə cəlb edildi. Parlament dəyişikliyindən sonra Prezident parlamentin ilk iclasında yeni siyasi islahatlarla bağlı anons verdi. Bu proses Azərbaycanın müharibədə qazandığı qələbəyə qədər gəlib çıxdı, milli birlik yaratdı. Silahlı Qüvvələrimiz xalqın dəstəyini hiss etdi, yeni nəsil Azərbaycan əsgəri yetişdi, xalqımız qalib xalqa çevrildi. Torpaqlarımızın azad edilməsi son 3 ilin zirvəsi idi, ən böyük qələbəmiz idi. Hazırda dövlətin və xalqın qarşısında ”böyük qayıdış" vəzifəsi durur, Qarabağı cənnətə çevirmək dayanır. Əminəm ki, prezidentin bu istiqamətdə strategiyası uğurla nəticələnəcək. Strategiya ondan ibarətdir ki, Azərbaycanı vahid, demokratik, sabit dövlətə çevirək. Qələbədən sonra Azərbaycanı dünya daha yaxşı tanımağa başladı, xalqımıza hörmət artdı. Bunu daha da inkişaf etdirməliyik".....
Nərgiz LİFTİYEVA
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə