Partiya  Demokratik İslahatlar Partiyasının qurucularından biri vəfat edib-

Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Tanınmış vəkil, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, "Çernin və partnyorları" hüquq firmasının prezidenti, Demokratik İslahatlar Partiyası Siyasi Şurasının üzvü  Çernin Eduard Mayoroviç  uzun sürən xəstəlikdən vəfat edib.

Eduard Çernin Azərbaycanın ləyaqətli vətəndaşlarından və vəkillərindən biri, Azərbaycan-İsrail Cəmiyyətinin idarə heyətinin sədri idi. Onun xalqımız və dövlətimiz qarşısında böyük xidmətləri olmuşdu.

Çernin Demokratik İslahatlar Partiyasının yaradıcılarından biri idi. O, yaddaşımızda gözəl insan, yaxşı dost, ləyaqətli vətəndaş kimi qalıb. Əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!

Eduard Çerninin doğmalarına, ailə üzvlərinə və yaxınlarında dərin hüznlə başsağlığı veririk!

Allah rəhmət eləsin!  

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə