 |
 |

  
|
| Partiya |
Prezident Əliyevin Bayden administrasiyasına iradı: ABŞ-ın planı nədir?- |
 |
Dövlət katibi Blinken Paşinyanla danışsa da, Vaşinqtondan Bakıya zəng olmayıb, Prezident bunu həmsədr ölkənin balansı pozması hesab edir; deputat: “İstənilən siyasi qüvvə bilməlidir ki, Azərbaycanın işinə qarışmaq olmaz, bizimlə yalnız əməkdaşlıq mümkündür”
ABŞ Cənubi Qafqaz siyasətində yeni istiqamətini müəyyənləşdirməyib, daha doğrusu, bunu publik şəkildə nümayiş etdirməyib. Vaşinqton Qarabağ məsələsi, 44 günlük müharibə və regionla bağlı rəsmi mövqeyini hələ sirr saxlamaqda davam edir. “Yeni Müsavat”ın Siyasət şöbəsi yazır ki, yeni hakimiyyət - Bayden administrasiyası açıq şəkildə Ermənistana dəstək ifadə etməsə də, dövlət katibi Antoni Blinkenin bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyana zəngi bəzi şifrələrin açıldığına işarə vurur. Eyni zamanda Konqresdə ermənipərəst senatların terrorçu əsirlərlə bağlı qətnamə layihəsinə hazırlaşması, Dövlət Departamentinin Azərbaycanın qələbəsinin əleyhinə bəyanatı Birləşmiş Ştatların tərəzini əydiyini göstərir. Elə bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev də iradını bildirib. Dövlət başçısı deyib ki, ABŞ-ın yeni hökumətinin bizim regionla bağlı mövqeyinin nədən ibarət olduğunu bilmirik. Bununla belə, Prezident Əliyev Blinkenin Paşinyana zəngini də xatırladıb: “Cənab Blinken Paşinyana zəng etdi. Onların nə barədə danışdığını bilmirəm, amma balans yenidən pozulur. Mən demirəm ki, biz cənab Blinkendən zəng gözləyirik. Xeyr. Ancaq o, həmsədrdir. Onlar ən azından balansa uyğun şəkildə davranmalıdırlar. Beləliklə, biz heç bir mesaj almamışıq. ABŞ-ın yeni hökumətinin bizim regionla bağlı mövqeyinin nədən ibarət olduğunu bilmirik. Mən prezident Baydendən Novruz bayramı münasibətilə xoş bir məktub aldım, bunun üçün minnətdaram. Ancaq bu, yalnız təbrik mesajı idi”. Ölkə başçısının rəsmi Vaşinqtona iradı tam yerində qiymətləndirilə bilər. Həqiqətən də Bayden hökumətindən Bakıya zəng olmayıb. Bəs bunun səbəbi nədir? İ.Əliyevin bu açıqlaması nədən xəbər verir? Bəlkə ABŞ-ın yeni hökumətinin Azərbaycanla bağlı gizli planlarının olmasına işarədir? Yeni administrasiya nədən bu cür davranır? Çünki İlham Əliyev açıq şəkildə Baydenin və ABŞ-ın balansı pozduğunu bəyan edir..... .....Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə hesab edir ki, Prezidentin söylədikləri tam həqiqətdir: “Xatırladıram ki, 1992-ci ildə senatda qəbul ounan 907-ci düzəlişin müəllifərindən biri də Bayden və Kerri idi. ABŞ hazırda regionla bağlı mövqeyini açıq bildirməyib. Çox istərdik ki, hansısa erməni lobbisinin Amerika siyasətinə təsiri olmasın. Bu, nəticədə ABŞ-ın öz maraqlarına zidd olacaq”. Deputat düşünür ki, ABŞ tərəfindən Türkiyəyə münasibət açıqlanmalıdır və Azərbaycanla bağlı problemlər varsa, bu yenə də özlüyündə Vaşinqtonun maraqlarına xələl gətirə bilər: “Razı deyiləm ki, Demokratlar hakimiyyətə gələndə bizimlə münasibətlər pozulur. Xatırladım ki, Bil Klinton Bakı-Tiflis-Ceyhan layihəsini dəstəkləmişdi və buna görə Yeltsinə təzyiq göstərmişdi”..... Emil SALAMOĞLU, “Yeni Müsavat”
|
|
 |
Partiya |
 |
Partiyanın Liderləri |
 | Məlumat Mərkəzi |
|