Partiya  Komissiyanın yeni tərkibi nə zaman formalaşacaq?-
Aprelin 15-də Mərkəzi Seçki Komissiyasının indiki tərkibinin səlahiyyət müddəti başa çatıb. Qanunauyğun olaraq, komissiyaya sədr və üzvlər ilk iclasda seçilməlidir. Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin parlamentin yaz sessiyasında formalaşdırılacağı proqnoz edilsə də, bu, hələ gerçəkləşməyib.
Amma Seçki Məcəlləsinə görə, MSK-nın tərkibi yeni seçilmiş Milli Məclisin tərkibinə uyğun olaraq formalaşdırılmalıdır. MSK-nın üzvləri Milli Məclis tərəfindən seçilir.
Komissiyanın üzvlərinin səlahiyyət müddəti 5 ildir:
Seçki komissiyalarının tərkibi, yəni Mərkəzi Seçki Komissiyasının üzvləri parlament təmsilçiliyi əsasında formalaşır. Mövcud qanuna görə, Mərkəzi Seçki Komissiyasında 18 üzv var. Bunlardan 6-sı hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülür, 6-sı parlamentdə olan müstəqil deputatları təmsil edir, digər 6 nəfərin isə namizədliyi parlamentdə azlıqda olan partiyalar tərəfindən təklif edilir. Yəni onlar namizədliyini parlamentə təqdim edirlər, parlament təsdiq edir, ondan sonra komissiya üzvləri artıq fəaliyyətə başlayırlar. Nəhayət, komissiya üzvləri öz arasında sədr seçir və sədr Yeni Azərbaycan Partiyasından olmalıdır. Davamında sədrin müavini seçilir. Bir nəfər azlıqda olan partiyaların nümayəndələrindən, bir nəfər isə müstəqillərdən olmaqla iki MSK katibi seçilir.
Qeyd edək ki, bir neçə gün əvvəl 70 yaşının tamam olması münasibətilə ölkə Prezidenti tərəfindən “Şərəf” ordeni verilən MSK sədri Məzahir Pənahovun vəzifəsindən gedəcəyi müzakirə olunur. İddialara görə, yeni MSK-ya onun namizədliyi verilməyəcək....
....MSK-nın yenidən formalaşması ilə bağlı məsələnin parlamentə daxil olub-olmamasına gəlincə, deputatlar hələ ki bu barədə məlumatsız olduqlarını bildirdilər. Deputat Asim Mollazadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu istiqamətdə bir hərəkətlilik yoxdur: “MSK-nın yeni tərkibinin formalaşması ilə bağlı müzakirələr başlamalıdır. Bu müzakirələrin nə zaman formalaşacağı ilə bağlı məndə məlumat yoxdur. Bir məsələni də nəzərə almaq lazımdır ki, yaxın müddətdə hər hansı seçki prosesi olmadığına görə MSK-nın yenidən formalaşması istiqamətində zaman məsələsinə diqqətsizlik edilir. Ancaq düşünürəm ki, məsələ həllini tapmalıdır”.
Parlamentdə boş qalan 5 mandat üçün seçkilərin keçirilməsinə gəlincə, A.Mollazadə bunun Prezidentin səlahiyyətində olan bir məsələ olduğunu vurğuladı.
Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə