|
|
|
Partiya |
Qarabağda paradın və Araikin Moskvaya qəfil səfərinin ŞOK SƏBƏBLƏRİ- |
|
Rusiya sülhməramlılarının 9 Mayda Qarabağda faşizm üzərində qələbə münasibətilə keçirəcəyi parad Azərbaycanda birmənalı qarşılanmayıb. Sərt etiraz edənlər də var, məsələyə səbirli yanaşanlar da...
“Yeni Müsavat” bildirir ki, bu ərəfədə Qarabağın baş separatçısı Araik Arutyunyanın təcili olaraq Moskvaya çağırılması haqda informasiyalar yayılıb. Ermənistanın “Hraparak” qəzeti yazıb ki, Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri Moskvada Arutyunyanla qeyri-rəsmi görüşlər keçirəcəklər. Qəzet “ Xankəndindəki separatçı erməni rejiminin mətbuat katibi Lusine Avanesyana bu haqda sual versə də, o, məlumatı şərh etmək istəməyərək ”Hazırda danışacaq bir sözüm yoxdur" deyib. Daha bir hərbçimiz əsirlikdən AZAD EDİLDİ | No Comment “Arutyunyanın Moskvaya getməsi faktını inkar edirsinizmi?” sualına isə Avanesyan belə cavab verib: “Şərhlərə ehtiyac yoxdur...” Erməni nəşri hesab edir ki, Moskvada Araikə Ermənistanın baş naziri Nikol Paşinyanla münasibətləri Rusiyanın maraqlarına uyğun tənzimləməyi, onun arzularının çoxunun separatçı rejimin gələcəyinə zidd olduğunu anladacaqlar. Yəni Ermənistanın hökumət başçısı Kremllə dil tapmalıdır ki, Arutyunyanın da Qarabağdakı separatçı fəaliyyətinin ömrü uzun olsun. Digər tərəfdən, mətbuat xidmətinin təkzib etməməsi onun Moskvaya səfər etdiyini dolayısı ilə təsdiqləyir. Bu isə Rusiyanın növbəti dəfə separatçılara jesti kimi qiymətləndirilməlidir və Moskva 10 noyabr bəyanatının mahiyyətinə zidd addımlar ataraq separatçı rejimlə təmasları intensivləşdirir. Bu, təbii ki, həm Arutyunyana sərf edir və “artsax”ın utopik varlığını davam etdirmək imkanları qazandırır, həm də sülhməramlıların bölgədə 5 il sonra da qala bilməsi üçün şərait yaradır. Rusiyadan da bu səfərlə bağlı hər hansı rəsmi açıqlama olmayıb. Bu da görüşün gizli və qeyri-rəsmi keçiriləcəyini göstərir. Amma sülhməramlı missiya yerinə yetirən Rusiyanın bu hərəkətləri anlaşılmazdır. Cənubi Osetiya və Abxaziyada olduğu kimi, Dağlıq Qarabağ ərazisində də separatçılara qol-qanad vermək, onlarla öpüşüb-qucaqlaşmaq, sülhməramlıların komandanı Rüstəm Muradovun Araiklə öz doğma adamı kimi görüşməsi təəssüf doğurur. Bəs bununla Moskva Bakıya nə mesajlar vermək istəyir? Bakının cavabı necə olmalıdır? Ümumiyyətlə, İrəvandan daha çox, Rusiya Qarabağdakı separatçı rejim üçün sinov gedir. Bu yaxınlarda general Muradovun Qarabağda erməni milyonçularla görüşməsi göstərir ki, 2025-ci il üçün zəmin hazırlayırlar. Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, sülhməramlıların bölgədə missiyası şou göstərmək, parad keçirmək deyil: “Onların vəzifəsi tam müəyyənləşib, bu da sülhyaratma olmalıdır. Sadəcə, parad keçirməklə bizə hansısa qıcıq vermək məqsədi güdürlər. Azərbaycan bu addıma öz etirazını bildirməlidir”. A.Mollazadə hesab edir ki, hər bir ölkənin silahlı qüvvələri öz ərazisində parad keçirə bilər, eləcə də bizim ərazidə Azərbaycanın paradı mümkündür: “O ki qaldı Araikin Moskvaya getməsinə, axı Arutyunyan kimdir? Belə adamlar fərdi şəxslərdir, harasa gedəcəklər, gəzəcəklər. Mənə elə gəlir ki, bu səfərlərə diqqət etməyə ehtiyac yoxdur. Onun mühakiməsi üçün gələcəkdə bəlkə hansısa razılaşma ola bilər. Onun beynəlxalq tribunala cavab verməsi üçün də biz fəal olmalıyıq. Ancaq harasa səfər etməsinə əhəmiyyət verməyə ehtiyac görmürəm”..... Emil SALAMOĞLU, “Yeni Müsavat”
|
|
|
Partiya |
|
Partiyanın Liderləri |
| Məlumat Mərkəzi |
|